Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 240

Bakı şəhəri, 31 may 2017-ci il

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli 197 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli 197 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 957) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi, 18 ünvanında yerləşən yataqxana binası Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında saxlanılsın.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında