Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 211

Bakı şəhəri, 17 may 2017-ci il

“Nəqliyyat  vasitələri  sürücülərinin  hazırlanması  və  onların ixtisasının   artırılması  kursları   haqqında  Əsasnamənin  və Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ   verən  sürücülük vəsiqəsi almaq   istəyən   şəxslərdən     imtahanların  qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq  edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  1999-cu  il  15  mart  tarixli  41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 407-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2450 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il  15 mart tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 9, maddə 853, № 10, maddə 928; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 6, maddə 566; 2012, № 1, maddə 36, № 5, maddə 488, № 12, maddə 1352; 2013, № 5, maddə 576, № 7, maddə 876, № 8, maddə 998,  № 10, maddə 1211, № 11, maddə 1463; 2016, № 4, maddə 778, № 5, maddə 965; 2017, № 2, maddələr 276, 299) ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.10-cu bəndin “Qeyd”i ləğv edilsin.

2. 3.15-3.2-ci yarımbəndə “olmaqla)” sözündən sonra “, habelə bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi” sözləri əlavə edilsin.

3. 3.15-3.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.15-3.5-ci yarımbənd əlavə edilsin:

“3.15-3.5. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti.”.

Yaqub Eyyubov,
  Azərbaycan Respublikası
 Baş nazirinin birinci müavini  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında