Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 201

Bakı şəhəri, 11 may 2017-ci il

“Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli 1089 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

“Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli 1089 nömrəli Fərmanının  4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 oktyabr tarixli 527 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 512; 2002, № 3, maddə 148; 2006, № 9, maddə 822) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissənin üçüncü abzasında “kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyinin nəzarətində olan gəmilərin, onların dayanması üçün bazaların (qurğuların) qeydiyyatı, uçotu, texniki nəzarəti və gəmisürənlərin bu gəmiləri idarə etmək hüququ üçün attestasiya Qaydaları”nın adında, 1-ci hissəsinin birinci və ikinci abzaslarında,  2-ci hissəsinin birinci və dördüncü abzaslarında, 3-cü hissəsində,    6-cı hissəsinin ikinci abzasında, 8-ci hissəsinin beşinci abzasının ikinci cümləsində, 10-cu, 25-ci hissələrində, 28-ci hissəsinin birinci və ikinci abzaslarında, 31-ci, 32-ci, 33-cü, 37-ci, 40-cı, 43-cü və      53-cü hissələrində ismin müvafiq hallarında “kiçik həcmli gəmilər üzrə Dövlət Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti” sözləri ilə,   8-ci hissəsinin beşinci abzasının birinci cümləsində və 28-ci hissəsinin birinci abzasında “kiçik həcmli gəmilərin Dövlət Müfəttişliyinin” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il    28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736,   № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799,  № 11, maddə 1413; 2016, № 2        (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955,    № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2242; 2017, № 2, maddələr 283, 295, 310) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II hissəsinin 19.1.3-cü yarımbəndi ləğv edilsin və 19.1.4-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“19.1.4. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il     19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027,       № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736,    № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. “Dövlət Sularda Xilasetmə Xidmətinin Aparatı” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aparatı” sözləri ilə əvəz edilsin;

3.2. “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşları üçün geyim formasının və fərqləndirmə nişanlarının təchizat normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 iyun tarixli 101 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 500) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (ali zabit heyəti istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının (ali rəis heyəti istisna olmaqla) geyim və əşya əmlakı ilə təchizatının Norması”nın 1–11-ci, 13–16-cı, 22-ci, 23-cü, 27-ci, 30-cu, 31-ci və 34-36-cı hissələrinin “Əşyaların adı” sütununda “KHGüDM” akronimi “KGNSXDX” akronimi ilə əvəz edilsin;

4.2. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qadın hərbi qulluqçularının və xüsusi rütbəsi olan qadın əməkdaşlarının geyim və əşya əmlakı ilə təchizatının Norması”nın 1–10-cu, 12–15-ci, 21-ci, 22-ci, 25-ci, 26-cı, 29-cu, 35-ci və 37-ci hissələrinin “Əşyaların adı” sütununda “KHGüDM” akronimi “KGNSXDX” akronimi ilə əvəz edilsin;

4.3. həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 1,5 il müddətinə ehtiyatdan çağırılmış zabitlərinin hərbi geyim və əşya əmlakı ilə təchizatının Norması”nın 1-4-cü və 12-14-cü hissələrinin “Əşyaların adı” sütununda “KHGüDM” akronimi “KGNSXDX” akronimi ilə əvəz edilsin;

4.4. həmin qərarla təsdiq edilmiş 20 nömrəli əlavə - “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin xüsusi rütbəsi olan əməkdaşlarının inventar xüsusi iş paltarı və əşya əmlakı ilə təchizatının Norması”nın adında “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il     24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790,   № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830,   № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 aprel tarixli 137 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 4.4-cü bəndində “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il       8 sentyabr tarixli 296 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1211; 2016, № 5, maddə 963) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.16-cı bənddə “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi (bundan sonra - Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi)” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin (bundan sonra - Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti)” sözləri ilə əvəz edilsin;

6.2. 3.17-ci bənddə “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

6.3. 17.3-cü bənddə “Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin” sözləri “Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında