Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 194

Bakı şəhəri, 3 may 2017-ci il

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2197 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000, № 2, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11, maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, № 10,  maddə 1223, № 11, maddə 1411; 2016, №10, maddə 1708) ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə ləğv edilsin.

2. 4-cü hissə üzrə:

2.1. a) yarımbəndində “formasından” sözü “növündən” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “hesabat verirlər” sözlərindən əvvəl “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin;

2.2. b) yarımbəndinə “hesabatı” sözündən sonra “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin və həmin yarımbənddən “, keyfiyyət” sözü çıxarılsın;

2.3. c) yarımbəndi üzrə:

2.3.1 “hesabat tərtib edir” sözlərindən əvvəl “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin;

2.3.2. ikinci, üçüncü və dördüncü abzaslar çıxarılsın;

2.3.3. birinci abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hesabatlara ümumi torpaq sahələrinin (o cümlədən, suvarılan torpaq sahələrinin) kəmiyyəti, keyfiyyəti və onlarda baş verən dəyişikliklər, onların növləri, habelə torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında məlumatlar daxil edilir.”.

3. 5-ci hissəyə “təsdiq edərək” sözlərindən sonra “kağız və elektron daşıyıcılarda” sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında