Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

№ 185

Bakı şəhəri, 28 aprel 2017-ci il

“Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  dəyişiklik edilmiş   bəzi   qərarlarının   siyahısı”nın  təsdiq   edilməsi haqqında” Azərbaycan  Respublikası Nazirlər  Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 62; 2012, № 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10, maddə 1231; 2015,
№ 12, maddə 1560; 2016, № 4, maddə 821, № 10, maddə 1702, № 12, maddə 2239) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.9-cu bəndin yeddinci və səkkizinci abzaslarına “fundamental” sözündən sonra “nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 1.26-cı bəndin birinci abzasında “təhsil, tərbiyə və elm mərkəzi kimi” sözləri “tədris prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin edən elmi fəaliyyət subyekti olmaqla” sözləri ilə əvəz edilsin.

3. 1.28-ci bəndin beşinci abzasının birinci cümləsində “elmi tədqiqat” sözləri “elmi müəssisə, təşkilatlarında” sözləri ilə əvəz edilsin.

4. 1.31-ci bəndin birinci abzasının ikinci cümləsindən “və elmi-pedaqoji” və “ixtisas və” sözləri çıxarılsın, ikinci abzasının birinci və ikinci cümlələrində “və elmi təşkilatlarda” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

5. 1.32-ci bəndin birinci abzasının birinci cümləsində “və digər təşkilatlarda” sözləri “müəssisə və təşkilatlarda və digər təşkilatlarda” sözləri ilə, ikinci cümləsində “və elmi tədqiqat müəssisələrinə” sözləri “elmi müəssisə və təşkilatlara” sözləri ilə, beşinci abzasında “Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli  857 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə” ilə” sözləri ilə əvəz edilsin və altıncı abzasının birinci və ikinci cümlələrinə “ali təhsil müəssisəsinin” sözlərindən sonra “və elmi müəssisənin” sözləri əlavə edilsin.

6. 2.2-ci bənddə “elmi təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

7. 3.10-cu bəndin ikinci abzasının birinci cümləsində “nümunəli sənəd” sözləri “sənədi” sözü ilə əvəz edilsin.

8. 4.4-cü və 4.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.4. Ali təhsil müəssisəsi elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar aparır.

4.8. Ali təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.”.

9. 5.6-cı bəndin birinci abzasında “elmi tədqiqat, elmi-pedaqoji və elmi işçilərin” sözləri “elmi və elmi-pedaqoji kadrların” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında