Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

№ 183              

Bakı şəhəri, 28 aprel 2017-ci il

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 1 iyul tarixli  129 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “hazırlanmışdır və” sözlərindən sonra “Təhsil haqqında” və ”Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” sözləri əlavə edilsin.

2. 1.2-ci bənddən “və elmi-pedaqoji” sözləri çıxarılsın.

3. 1.5-ci bənddə “və elmi təşkilatlar elmi və elmi-pedaqoji” sözləri “elmi müəssisə və təşkilatlar elmi” sözləri ilə əvəz edilsin.

4. 1.8-ci bənddə “və elmi təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

5. 1.9-cu bənddə “başa çatdırmış məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə” sözləri “müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom” sözləri ilə əvəz edilsin.

6. 1.10-cu bənddə “və elmi (elmi tədqiqat, elmi istehsalat)” sözləri “elmi müəssisə və” sözləri ilə əvəz edilsin.

7. 2.1-ci bənddə “və elmi (elmi tədqiqat, elmi istehsalat)” sözləri “elmi müəssisə və” sözləri ilə əvəz edilsin.

8. 2.2-ci bənddə “və elmi təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

9. 2.3-cü bəndin birinci cümləsində “(elmi tədqiqat, elmi istehsalat)” sözləri “müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

10. 2.4-cü bənddə “və elmi təşkilatlarda doktoranturanın yaradılması üçün onların mövcud elmi potensialı, elm və innovasiya sahəsində əldə etdikləri göstəricilər haqqında məlumatların təhlili aparılmalı və onların elmi potensialı” sözləri “elmi müəssisə və təşkilatlarda doktoranturanın yaradılması üçün onların yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr potensialına, zəruri maddi-texniki bazaya və müvafiq infrastruktura malik olması” sözləri ilə əvəz edilsin.

11. 2.5-ci bəndin birinci cümləsində “Ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi potensialının müəyyənləşdirilməsi” sözləri “Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda doktoranturanın yaradılması” sözləri ilə əvəz edilsin.

12. 3.5-ci, 3.11-ci, 3.15-ci, 3.20-ci, 3.23-cü, 3.29-cu, 3.31-ci, 3.33-cü bəndlərdə, 3.30-cu bəndin birinci və ikinci cümlələrində və 3.34-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “və elmi təşkilatlar” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

13. 3.6-cı bəndin birinci cümləsində, 3.9-cu bəndin ikinci cümləsində, 3.12-ci bəndin birinci abzasında və ikinci abzasının üçüncü cümləsində, 3.25-ci, 3.26-cı və 3.35-ci bəndlərdə ismin müvafiq hallarında “və elmi təşkilat” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilat” sözləri ilə əvəz edilsin.

14. 3.12-ci bəndin ikinci abzasının dördüncü cümləsindən “(alimlik)” sözü çıxarılsın.

15. 3.14-cü, 3.16-cı və 3.23-cü bəndlərdə ismin müvafiq hallarında “və ya elmi təşkilatlar” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

16. 3.18-ci bənddə “müəssisəyə və ya elmi təşkilata” sözləri “ali təhsil müəssisəsinə, elmi müəssisə və təşkilata” sözləri ilə əvəz edilsin.

17. 3.26-cı bənddə “elmi təşkilatdan başqasına” sözləri “elmi müəssisə və təşkilatdan digər ali təhsil müəssisəsinə, elmi müəssisə və təşkilata” sözləri ilə əvəz edilsin.

18. 4.1-ci bənddən və 4.2-ci bəndin doqquzuncu abzasından “(alimlik)” sözü çıxarılsın.

19. 4.3-cü bəndin birinci cümləsində “elmi təşkilatın” sözləri “elmi müəssisə və təşkilatın” sözləri ilə və ikinci cümləsində “və elmi təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

20. 4.6-cı bənddə “və elmi təşkilatın” sözləri “elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

21. 5-ci hissədən, 5.1-ci, 5.3-cü, 5.4-cü bəndlərdən və 5.2-ci bəndin birinci cümləsindən “və elmi-pedaqoji” sözləri çıxarılsın.

22. 5.1-ci bənddə “elmi və” sözləri “elmi müəssisə və təşkilatların və” sözləri ilə əvəz edilsin.

23. 5.2-ci bəndin birinci cümləsində “və elmi təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

24. 5.4-cü bənddə “təşkilatın” sözü “ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

25. 6-cı hissədən və 6.1-ci bənddən “və elmi-pedaqoji” sözləri çıxarılsın.

26. 6.1-ci bənddə və 6.2-ci bəndin birinci cümləsində (birinci halda) “elmi və” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

27. 6.7-ci bəndin birinci cümləsində “və elmi təşkilatın” sözləri “elmi müəssisə və təşkilatın” sözləri ilə və ikinci cümləsində “və ya elmi təşkilatın” sözləri “elmi müəssisə və təşkilatın” sözləri ilə əvəz edilsin.

28. 7.2-ci bəndin ikinci və üçüncü cümlələrində və 7.5-ci bənddə ismin müvafiq hallarında “və elmi təşkilatlar” sözləri ismin müvafiq hallarında “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında