Azərbaycan respublikasının nazirlər kabinetinin qərarı

№ 179           

Bakı şəhəri, 28 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il  22 avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə  Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il  22 avqust tarixli 111 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003,
№ 8, maddə 465; 2006, № 5, maddə 472) ilə təsdiq edilmiş “Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə Qaydaları”nın 2.2-ci bəndinin beşinci cümləsində “elmi-tədqiqat və layihə təşkilatları” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında