Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 172       

Bakı şəhəri, 28 aprel 2017-ci il

Azərbaycan  Respublikası Nazirlər  Kabinetinin  1997-ci il  11 iyul tarixli 77 nömrəli qərarı ilə təsdiq  edilmiş “İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 11 iyul tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 75; 2007, № 12, maddə 1344) ilə təsdiq edilmiş “İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. II hissənin 1-ci bəndinin doqquzuncu abzasında “, ixtisasartırma və yenidən hazırlanmanın aktual problemləri üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi” sözləri “təmin edilməsi” sözləri ilə əvəz edilsin.

2. III hissənin 3-cü bəndində “aparıcı elmi” sözləri “elmi müəssisə və” sözləri ilə əvəz edilsin.

3. IV hissənin 5-ci bəndinin beşinci və doqquzuncu abzasları çıxarılsın.

4. VI hissə ləğv edilsin.

5. VII hissənin beşinci abzasında “, elmi-metodik və elmi-tədqiqat” sözləri “və elmi-metodiki” sözləri ilə əvəz edilsin.

6. VIII hissənin 5-ci bəndində “, metodik və elmi işlə məşğul olan əsas tədris-elmi” sözləri “və metodiki işlə məşğul olan əsas tədris” sözləri ilə əvəz edilsin.

7. IX hissənin 4-cü bəndində “, elmi-tədqiqat işlərinə” sözləri “və” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında