Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 171

Bakı şəhəri, 28 aprel 2017-ci il

“Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddə “texnoloji-konstruktor və layihə-texnoloji bürolarının (TKB və LTB)” sözləri “təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr” sözləri ilə əvəz edilsin.

2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.”.

3. 1.6-cı bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdirlər.”.

4. 2.1-ci və 2.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçirilir.

2.2. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınır.”.

5. 2.3-cü, 2.4-cü və 2.5-ci bəndlər ləğv edilsin.

6. 4.1-ci bəndə “fundamental” sözündən sonra “, nəzəri-meto-doloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

7. 6.1-ci bəndin birinci hissəsinin dördüncü abzasında “elmi-tədqiqat müəssisələri, konstruktor və texnoloji təşkilatlarında” sözləri “elmi müəssisə və təşkilatlar, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrində” sözləri ilə və beşinci abzasında “elmi-tədqiqat müəssisələrində, konstruktor və texnoloji təşkilatlarda” sözləri “elmi müəssisə və təşkilatlarda, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrdə” sözləri ilə əvəz edilsin.

8. 6.4-cü bəndin üçüncü hissəsində “təcrübə-konstruktor (layihə-texnoloji) bürosunun” sözləri “təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisəsinin” sözləri ilə əvəz edilsin.

9. 6.5-ci bəndin birinci hissəsinin ikinci cümləsində “təcrübə-konstruktor (layihə-texnoloji) bürolarının” sözləri “təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrinin” sözləri ilə əvəz edilsin.

10. 8.3-cü bəndin birinci cümləsində “Elmi müəssisələrin, konstruktor və texnoloji təşkilatların” sözləri “Elmi müəssisə və təşkilatların, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrin” sözləri ilə əvəz edilsin.

11. Həmin qərarla təsdiq edilmiş 5 №-li Əlavə - “Ali təhsil müəssisəsinin təcrübə-konstruktor, layihə texnoloji büroları haqqında Əsasnamə” ləğv edilsin.

12. Həmin qərarla təsdiq edilmiş 6 №-li Əlavə - “Ali təhsil müəssisəsinin nəzdindəki elmi-tədqiqat institutu və elmi-tədqiqat mərkəzi haqqında Əsasnamə” ləğv edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında