Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 166

Bakı şəhəri, 25 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il  17  sentyabr  tarixli  141 nömrəli qərarı ilə təsdiq  edilmiş  “Avtomobil  nəqliyyatı  ilə sərnişin  və  baqaj  daşınması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 355-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2445 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9,  maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 aprel tarixli 146 nömrəli qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:   

1. Aşağıdakı məzmunda 1.2.8-1-ci yarımbənd əlavə edilsin:

“1.2.8-1. ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə;”.

2. 1.2.12-ci yarımbəndə “sənədlərinə” sözündən sonra “və gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsinə” sözləri əlavə edilsin.

3. 4.14-cü bəndin birinci cümləsinə “sənədinə” sözündən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin və ikinci cümləsində  “satılmasını” sözü “və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını” sözləri ilə əvəz edilsin.

4. 4.18-ci bəndə “biletə” sözündən sonra “, yaxud həyata keçirilmiş ödəməyə” sözləri əlavə edilsin.

5. 6.1-ci bəndin birinci cümləsinə “biletə” sözündən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri və ikinci cümləsinə “malik olmayan” sözlərindən sonra “, yaxud gediş haqqını ödəniş aləti ilə ödəməyən ” sözləri əlavə edilsin.

6. 6.3-cü bənddə “satışı” sözü “və ödəniş alətinin satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi” sözləri ilə əvəz edilsin və həmin bəndə “məntəqələrində” sözündən sonra “biletlərin satışı isə” sözləri əlavə edilsin.

7. 6.29-cu bəndin birinci cümləsinə və 10.1.2-ci yarımbəndə “marşrutlarında” sözündən sonra “(şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla)” sözləri əlavə edilsin.

8. Aşağıdakı məzmunda 6.29-1-ci bənd əlavə edilsin:

“6.29-1. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedirlər.”.

9. 10.1.1-ci yarımbəndə “əldə etmək” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin və “isə” sözü “, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə” sözləri ilə əvəz edilsin.

10. Aşağıdakı məzmunda 10.1.1-1-ci yarımbənd əlavə edilsin:

 “10.1.1-1. ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;”.

11. Aşağıdakı məzmunda 10.1.2-1-ci yarımbənd əlavə edilsin:

 “10.1.2-1. müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında özü ilə 5 yaşadək uşaqları ödənişsiz aparmaq;”.

12. 10.2.2-ci yarımbəndə “əldə etmək” sözlərindən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri və  “gediş haqqını” sözlərindən sonra “vaxtında və” sözləri əlavə edilsin.

13. 10.3.1-ci yarımbəndə “olmadan” sözündən sonra “, yaxud gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsi tələb olunan hallarda belə ödəniş etmədən” sözləri əlavə edilsin.

14. 11.2.7-ci yarımbəndə “nəzərdə tutulmadıqda” sözlərindən sonra “, yaxud sərnişin gediş haqqını müəyyən edilmiş qaydada ödəmədikdə” sözləri əlavə edilsin.

15. 11.3.7-ci yarımbəndin əvvəlinə “ödəniş alətinin əvvəlcədən satışını,” sözləri, “(biletlərin)” sözündən sonra “isə” sözü əlavə edilsin, “onların” sözü çıxarılsın, “təşkil etmək” sözlərindən sonra “, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək” sözləri əlavə edilsin.

16. 11.3.12-ci yarımbəndə “təmin etmək” sözlərindən sonra “, gediş haqqının ödəniş aləti ilə ödənilməsinə nəzarət etmək” sözləri əlavə edilsin.

17. 12.2.5-ci yarımbəndə “yoxlamaq” sözündən sonra “, gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsinə nəzarət etmək” sözləri əlavə edilsin.

18. 14.12-ci bəndə “getdikdə” sözündən sonra “, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənilmədikdə” sözləri əlavə edilsin, “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.

19. 16.6-cı bənd üzrə:

19.1. birinci cümləyə “bileti olan” sözlərindən sonra “, yaxud gediş haqqını ödəniş aləti vasitəsilə ödəməyən” sözləri əlavə edilsin və həmin cümlədə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin;

19.2. ikinci cümlədə “biletlə təmin edilir” sözləri “gediş haqqını ödəyir” sözləri ilə əvəz edilsin.

20.   16.7-ci bənddə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında