Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 159 

   Bakı şəhəri, 19 aprel 2017-ci il

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının  ləğv edilməsi haqqında

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının 12.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının adından, 1-ci hissəsinin birinci və dördüncü abzaslarından “feldyeger rabitəsi,” sözləri və səkkizinci abzasından “, feldyeger rabitəsi” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-1-ci hissədən “, Dövlət Feldyeger Xidmətinin” sözləri çıxarılsın;

2.2. 2-ci hissədə “Dövlət Feldyeger Xidməti” sözləri “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 iyul tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik poçtunun daşınması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə “Dövlət Feldyeger xidməti strukturunda fəaliy-yət göstərən diplomatik kuryer rabitə xidməti şöbəsi” sözləri “Xüsusi Dövlət Mühafizə Xidmətinin  Feldyeger Rabitəsi idarəsi” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi idarəsi diplomatik korrespondensiyaların çatdırılması sahəsində “Diplomatik əlaqələr haqqında” 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasını və bu Əsasnaməni rəhbər tutur.”;

3.3. 27-ci hissənin ikinci abzasında və 33-cü hissədə “Dövlət Feldyeger xidmətinə” sözləri “Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri ilə əvəz edilsin;

3.4. 32-ci hissədə “Dövlət Feldyeger xidmətinin” sözləri “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin inzibati təsnifatı”nın “İcra hakimiyyəti orqanları” bölməsinin otuz səkkizinci sətri ləğv edilsin.

5. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254; 2006, № 3, maddə 300; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi Qaydası”nın 46-cı hissəsinin birinci abzasında “feldyeger rabitə orqanı” sözləri “feldyeger rabitəsi vasitəsilə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351; 2016, № 7, maddə 1343, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsindən “, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndində “gömrük və feldyeger rabitəsi” sözləri “və gömrük” sözləri ilə əvəz edilsin.

8. “Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1073; 2010, № 4, maddə 354; 2014, № 9, maddə 1137; 2016, № 9, maddə 1585; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 mart tarixli 97 nömrəli qərarı) ilə təsdiq edilmiş “Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin Siyahısı”nın “İdman növlərinin inkişafına rəhbərlik edən mərkəzi icra hakimiyyəti orqanı (aidiyyəti üzrə)” sütunundan “, Dövlət Feldyeger Xidməti” sözləri çıxarılsın.

9. “Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 dekabr tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12 (II kitab), maddə 753; 2016, № 9, maddə 1585) ləğv edilsin.

10. “Feldyeger rabitəsi orqanının rəis heyətinin geyim forma-sının və fərqlənmə nişanlarının təsvirinin, verilmə qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 fevral tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 117; 2010, № 1, maddə 55; 2014, № 1, maddə 62) ləğv edilsin.

11. “Azərbaycan Respublikasının Feldyeger rabitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tarifləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 188) ləğv edilsin.

12. “Feldyeger rabitəsi orqanında sınağın keçirilmə Qaydası və şərtləri”nin, “Feldyeger rabitəsi orqanının vəzifə təlimatlarının hazırlanması və təsdiq edilməsi Qaydaları”nın, “Feldyeger rabitəsi orqanının daxili intizam Qaydaları”nın, “Feldyeger rabitəsi orqanının şəxsi heyətinə verilən xidməti vəsiqənin nümunəsi”nin və “Barəsində cinayət işi başlanan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən feldyeger rabitəsi orqanı əməkdaşının istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 oktyabr tarixli 148 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 865; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 110; 2009, № 7, maddə 610, № 10, maddə 857) ləğv edilsin.

13. “Feldyeger rabitəsi orqanı əməkdaşlarının və onların ailə üzvlərinin feldyeger rabitəsi orqanının təhkim olunduğu tibb müəssi-sələrində tibbi təminat almaq qaydasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 oktyabr tarixli 152 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 869) ləğv edilsin.

14. “Feldyeger rabitəsi orqanında attestasiya komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 29 oktyabr tarixli 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 880) ləğv edilsin.

15. “Feldyeger rabitəsi orqanı əməkdaşlarının və onların ailələrinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 dekabr tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1074) ləğv edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında