Azərbaycan respublikasının nazirlər kabinetinin Qərarı

№ 156

Bakı şəhəri, 18 aprel 2017-ci il

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında  dəyişikliklər edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il  14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 60; 2012, № 5, maddə 484, № 6, maddə 625, № 10, maddə 1008; 2013, № 10, maddə 1230; 2015, № 12, maddə 1561; 2016, № 10, maddə 1701, № 12, maddə 2239) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.3-cü bəndində “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il  21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 62; 2012, № 5, maddə 485, № 10, maddə 1006; 2013, № 10, maddə 1231; 2015, № 12, maddə 1560; 2016, № 4, maddə 821, № 10, maddə 1702, № 12, maddə 2239) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.3-cü bəndində “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.

  Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında