Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 145

Bakı şəhəri, 11 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və  yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və  Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifinə əsasən  Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il        24 aprel tarixli 71 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 288) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və  yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 2.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2. Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, beynəlxalq və ölkədaxili yük daşımalarını, habelə taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir.

2.7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilən “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparılır.”.

2. 2.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Arayışın forması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir.”.

3. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.8. Sürücülərin reysqabağı tibbi müayinəsinin nəticələrinin qeydiyyatı forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən “Sürücülərin reysqabağı tibbi müayinə jurnalı”nda aparılır.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında