Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 141

Bakı şəhəri, 11 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 435-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 2528 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu hissənin beşinci abzasında “onları əvəz edənlərin” sözləri “digər qanuni nümayəndələrin” sözləri ilə əvəz edilsin.

2. 25-ci hissədə “onları əvəz edən şəxslər” sözləri “digər qanuni nümayəndələr” sözləri ilə əvəz edilsin.

3. 10-cu hissədə, 26-cı hissənin birinci və ikinci cümlələrində, 27-ci hissənin üçüncü cümləsində, 30-cu hissənin iyirmi beşinci abzasında “onu əvəz edən şəxsin” sözləri “digər qanuni nümayəndənin” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında