Azərbaycan respublikasının nazirlər kabinetinin Qərarı

№ 134            

 Bakı şəhəri, 10 aprel 2017-ci il

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2014-cü  il  22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən  keçirilən  malların və  nəqliyyat  vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər  edilməsi barədə

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951, №12, maddə 1653; 2015, № 5, maddə 615; 2016, № 10, maddə 1727) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.6.2-ci və 2.6.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.6.2. gömrük borcu gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilmirsə, gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənəd;

2.6.4. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı lisenziya;”;

1.2. 2.6.5-ci yarımbənd ləğv edilsin;

1.3 2.6.8-ci yarımbənddən “, ixrac edildikdə isə fitosanitar sertifikatı” sözləri çıxarılsın;

1.4. 2.6.9-cu yarımbənd ləğv edilsin;

1.5. 2.6.13-сü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.6.13. mallar gömrük ərazisinə idxal edildikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”nın 10.1-ci bəndində göstərilən hallarda mənşə ölkəsini təsdiq edən sertifikat.”.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Yaqub Eyyubov,
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında