Azərbaycan respublikasının nazirlər kabinetinin Qərarı

№ 133

Bakı şəhəri,   10 aprel 2017-ci il

2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan  Respublikasının  Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan  Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulasında “25-ci” sözləri “5-ci” sözü ilə əvəz edilsin;

1.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.”.

2. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissə üzrə:

2.1.1. ikinci abzasda “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin və həmin hissədən “, sərhəd qoşunlarında, daxili qoşunlarda” sözləri çıxarılsın;  

2.1.2. onuncu abzasda “Silahlı Qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin;

2.2. 3-cü hissənin “a” abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrinə əsasən” sözləri ilə əvəz edilsin;

2.3. 4-cü hissənin birinci abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 53 nömrəli qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 558; 2001, № 2, maddə 116; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2004, № 10, maddə 871; 2006, № 7, maddə 641, № 11, maddə 993; 2007, № 5, maddə 544; 2008, № 6, maddə 584; 2010, № 12, maddə 1116; 2015, № 5, maddə 668; 2016, № 9, maddə 1585, № 11, maddə 1926) ilə təsdiq edilmiş Əlavə 1 - “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 2-ci hissəsinin birinci bəndində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 360; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 6, maddə 541; 2006, № 5, maddə 463; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1369; 2013, № 10, maddə 1199; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin VIII  hissəsinin səkkizinci abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

5. “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006,
№ 5, maddələr 463, 472, № 9, maddə 822,
№ 10, maddə 902,  № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; 2015, № 4, maddələr 462, 468, № 8, maddə 971; 2016, № 2 (II kitab), maddə 385, № 4, maddə 815) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin qərarla təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.2-ci bəndinin yeddinci abzasında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin;

5.2. həmin qərarla təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”nın 1.1-ci bəndindən “ və digər birləşmələrdən” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 4, maddə 386; 2006, № 5, maddə 463, № 9, maddə 822; 2008, № 2, maddə 125, № 8, maddə 782; 2011,
№ 5, maddə 455; 2012, № 5, maddə 487,
№ 7, maddə 776, № 9, maddə 921; 2013, № 6, maddə 575, № 8, maddə 1021, № 11, maddə 1462; 2015, № 4, maddələr 463, 467; 2016, № 2 (II kitab), maddə 386, № 4, maddə 810) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində  aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci yarımbənddən “və digər birləşmələrdən”  sözləri çıxarılsın;

6.2. 6-cı yarımbənddə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 90; 2011, № 5, maddə 449) ilə təsdiq edilmiş “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları”nın 2.4-cü bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən” sözləri “Azərbaycan Ordusundan” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 13 nömrəli qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 91; 2011, № 5, maddə 449) ilə təsdiq edilmiş “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları”nın 1.4-cü bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən” sözləri “Azərbaycan Ordusundan” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 92; 2006, № 9, maddə 830; 2011,
№ 5, maddə 449) ilə təsdiq edilmiş “İşsizlərin qeydiyyata alınması Qaydaları”nın 2.2.9-cu yarımbəndindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə” sözləri çıxarılsın.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 589; 2010, № 12, maddə 1123; 2011, № 2, maddə 161; 2014, № 6, maddə 729; 2016, № 11, maddə 1941) ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin beşinci abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 260; 2013, № 10, maddə 1234) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 6-cı və 7-ci hissələrin birinci abzaslarında “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin;

11.2. 6-cı hissənin ikinci abzasında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

12. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların  təsdiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 35; 2012, № 12, maddə 1370) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin;

12.2. həmin qərarla təsdiq edilmiş “Səfərbərlik orqanları haqqında Əsasnamə”nin 2.1.2-ci və 2.1.12-ci yarımbəndlərində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin;

12.3. həmin qərarla təsdiq edilmiş “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası” üzrə:

12.3.1. adında, 1.2-ci, 2.1-ci və 3.7-ci bəndlərində, 2-ci hissənin birinci abzasında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin;

12.3.2. 1.1-ci, 2.2-ci,  3.6-cı bəndlərin ikinci abzaslarında, 3.8-ci, 3.10-cu, 3.11-ci, 3.13-cü bəndlərində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 37; 2010, № 10, maddə 907, № 12, maddə 1123) ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin beşinci abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

14. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54; 2009, № 10, maddə 846; 2012, № 12, maddə 1358; 2014, № 2, maddə 201, № 6, maddə 747; 2016, № 5, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:

14.1. həmin qərarla təsdiq edilmiş “Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi Qaydaları”nın 2.1.2-ci, 2.1.3-cü, 2.1.11-ci yarımbəndlərində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, 2.1.5-ci yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilsin;

14.2. həmin qərarla təsdiq edilmiş “Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası”nın 2.2.2-ci yarımbəndində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, 2.2.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilsin.

15. “Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 366; 2012, № 12, maddə 1367) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin,” sözləri “Azərbaycan Ordusunun,” sözləri ilə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə,” sözləri  “Azərbaycan Ordusuna,” sözləri ilə əvəz edilsin;

15.2. həmin qərarla təsdiq edilmiş “Hərbi-nəqliyyat vasitələrinin uçot  Qaydaları”nın mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilsin;

15.3. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi-nəqliyyat vasitələri ilə təmin olunması Qaydaları”nın adında və mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilsin;

15.4. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri” üzrə:

15.4.1. adında və mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilsin;

15.4.2. nümunələrinə 1-3 nömrəli əlavələrin yuxarı sağ küncündə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351; 2016, № 7, maddə 1343, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsindən “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində,” sözləri çıxarılsın.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134; 2010, № 1, maddə 59; 2012, № 12, maddə 1371; 2013, № 10, maddə 1204, № 12, maddə 1627; 2015, № 5, maddə 659; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 446; 2010, № 12, maddə 1123; 2012, № 4, maddə 400) ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.7-ci yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441; 2014, № 2, maddə 213) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nın 2.1.9-cu yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325) ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın sonunda göstərilmiş qeyd hissəsində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 939; 2015, № 5, maddə 655; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrini” sözləri “Azərbaycan Ordusunu” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 260 nömrəli qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1199) ilə təsdiq edilmiş “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2.2.4-cü yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

23. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 566; 2014, № 2, maddə 217,  № 5, maddə 592; 2015, № 5, maddə 657; 2016, № 2 (II kitab), maddə 369, № 11, maddə 1942)  aşağıdakı dəyişikliklər edilsin:

23.1. 1-ci, 4-cü, 5-ci, 7-ci və 9-13-cü hissələrdən “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.2. 2-ci, 3-cü, 6-cı və 8-ci hissələrdən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.3. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün ərzaq payı Normaları”nın adından “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri və “Qeyd”inin 1.1-ci bəndindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.4. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin dənizçi heyəti üçün ərzaq payı Normaları”nın adından və “Qeyd”inin 1.1-ci bəndindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.5. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin uçuş heyəti üçün ərzaq payı Normaları”nın adından və “Qeyd”inin 1.1-ci bəndindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.6. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin müalicə ərzaq payı Normaları”nın adından və “Qeyd” hissəsinin 1.1-ci bəndindən “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.7. həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin kursantları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavimləri və dinləyiciləri üçün ərzaq payı Normaları”nın adından və “Qeyd”inin 1.1-ci bəndindən “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.8. həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi lisey kursantları üçün ərzaq payı Normaları”nın adından və “Qeyd”inin 1.1-ci bəndindən “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.9. həmin qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı Normaları”nın adından və “Qeyd”inin 1.1-ci bəndindən “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.10. həmin qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin kəşfiyyat qrupları üçün ərzaq payı Normaları”nın adından “və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.11. həmin qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşunları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün quru ərzaq payı Normaları”nın adından “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.12. həmin qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin ərzaq payları verilərkən məhsulların əvəz olunması Normaları”nın adından “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.13. həmin qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinə müalicə ərzaq payları verilərkən məhsulların əvəz olunması Normaları”nın adından “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.14. həmin qərarla təsdiq edilmiş 12 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xidməti itləri üçün sutkalıq yemləmə Normaları”nın adından “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın;

23.15. həmin qərarla təsdiq edilmiş 13 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xidməti atları üçün sutkalıq yemləmə Normaları”nın adından “, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin” sözləri çıxarılsın.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565; 2015, № 5, maddə 656) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrini” sözləri “Azərbaycan Ordusunu” sözləri ilə və 1.2-ci bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1324) ilə təsdiq edilmiş “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın 1-ci hissəsində və 14.4-cü bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211, № 5, maddə 658; 2016, № 8, maddə 1456, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

26.1. 1.2-ci, 2.1-ci, 2.2-ci, 2.8-ci, 3.12-ci və 3.13-cü bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilsin;

26.2. Qaydaya 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında Bağlaşma”nın adında, 1.1-ci, 6.1-ci bəndlərində, 1.1.1-ci yarımbəndində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə, 1.2.1-ci yarımbəndində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin;

26.3. Qaydaya 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında  öhdəliy”in adında və “a” bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

27. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli 333 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1246) aşağıdakı dəyişikliklər edilsin:

27.1. adında və ikinci abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” sözləri “Azərbaycan Ordusu” sözləri ilə əvəz edilsin;

27.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın  adında və mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə, mətnində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri və 3.17-ci bəndində “Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında