Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 140

Bakı şəhəri, 10 aprel 2017-ci il

“Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə normativ hüquqi aktlar barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 427-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 2591 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 804; 2005, № 1, maddə 49; 2014, № 1, maddə 57) ilə təsdiq edilmiş “Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin.

2. 10-cu hissədən “lazımi” sözü çıxarılsın.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında