Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 138

Bakı şəhəri, 10 aprel 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli  qərarı  ilə  təsdiq edilmiş “İcra  məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edilməsi barədə

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1173 nömrəli Fərmanının 1.2-ci və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il
1 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 361; 2002, № 5, maddə 317, № 10, maddə 635; 2006, № 3, maddə 303, № 10, maddə 902; 2010, № 11, maddə 1040; 2016, № 3, maddə 603) ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nın “II. İcra ilə əlaqədar icra məmurlarının fəaliyyətinin yoxlanılması” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissəsinin birinci cümləsində “məhkəmə icraçılarının” sözləri “icra qurumunun” sözləri ilə və “500” rəqəmi “5000” rəqəmi ilə əvəz edilsin.

2.  5-ci hissəsində “məhkəmə icraçıları” sözləri “icra” sözü ilə və “məhkəmə icraçısına” sözləri “icra məmuruna” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında