Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 136

Bakı şəhəri, 10 aprel 2017-ci il

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 540; 2006, № 2, maddə 195; 2014, № 7, maddə 913) 2-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin:

 “Kollegiyanın üzvləri:

Əliyev Firdovsi Şahmirzə oğlu - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Quliyev Novruz Məhəmməd oğlu - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Hacıyev Rauf Vahid oğlu - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Yaqubov Hafiz Siyavuş oğlu - Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri

Cəlilov Rövşən Adil oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri

Səttar-zadə Rasim İsrafil oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri

Hüseynov Xalıqverdi Cəmil oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin  Mühafizəsi Departamentinin direktoru

Ramazanov Xəlil Ramazan oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru

Aslanov Azər Hidayət oğlu - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi

Əşrəfov Ramik  Yunis oğlu - “Azərbaycan yaşıllaşdırma və landşaft  quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri.”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında