Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 130

Bakı şəhəri, 10 aprel 2017-ci il

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2015-ci  il              22 may tarixli 194 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq evləri  sosial  xidmət  müəssisələrinin  Nümunəvi Nizamnaməsi”ndə  dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il
22 may tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 771) ilə təsdiq edilmiş “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamna-məsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin.

2. 6.2-ci bəndin birinci cümləsində “milliyyətinə” sözü “etnik mənsubiyyətinə” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında