Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 114  

Bakı şəhəri, 29 mart 2017-ci il

“Nəzarət-kassa  aparatları üzrə  sahələrarası  ekspert komissiyasının yaradılması haqqında”    Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  1995-ci  il 12 iyun tarixli 138 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 625; 2006, № 4, maddə 382; 2009, № 7, maddə 610; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955)  ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının Tərkibi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
29 mart tarixli 114 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının

T Ə R K İ B İ

Komissiyanın sədri – Azərbaycan Respublikasının vergilər naziri

Komissiya sədrinin müavini – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Aparatının qiymət statistikası şöbəsinin müdiri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya şöbəsinin müdiri

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının nağd pul departamentinin direktoru

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin müavini.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında