Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 110

Bakı şəhəri, 28 mart 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli qərarı ilə təsdiq edilmiş “Tənzimləyici təsirin təhlili Qaydası”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1920) ilə təsdiq edilmiş “Tənzimləyici təsirin təhlili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Tənzimləyici təsirin təhlili nəticəsində bu Qaydanın 2.10-cu bəndinə və 3.8.3-cü yarımbəndinə uyğun olaraq tədbirlər görülür.”.

2. 1.4-cü bənd üzrə:

2.1. “hallarda və qaydada” sözlərindən sonra “səlahiyyətli orqan qismində” sözləri, “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(bundan sonra – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya və icazələrə münasibətdə tənzimləyici təsirin təhlilini aparan orqan qismində həmin Nazirlik çıxış edir.”.

3. 1.5-ci bənddə və 3.5.6-cı yarımbənddə “dövlət orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin.

4. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Qanun layihələrinin tənzimləyici təsirinin təhlili hər bir halda həyata keçirilir.”.

5. 2.3-cü bənddə “komissiyada” sözü “işçi qrupunda” sözləri ilə əvəz edilsin.

6. 2.6.1-ci yarımbənddə “2.6.1.1-2.6.1.9” rəqəmləri müvafiq olaraq “1-9” rəqəmləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. Arayışda ən münasib tənzimləmə yolu kimi lisenziya tələb olunan fəaliyyət növünün və icazənin müəyyən edilməsi təklif edildikdə, müvafiq qanun layihəsi arayışla birlikdə aidiyyəti üzrə təqdim edilir.”.

8. 3.5.7-ci yarımbəndə “irad” sözündən əvvəl “hüquqi faktlara əsaslanan” sözləri əlavə edilsin.

9. 3.6.1-ci yarımbənd üzrə:

9.1. “3.6.1.1-3.6.1.12” rəqəmləri müvafiq olaraq “1-12” rəqəmləri ilə əvəz edilsin;

9.2. üçüncü abzasdan “(qanun layihəsinin tənzimləyici təsirinin təhlili həyata keçirilmişdirsə)” sözləri çıxarılsın.

10. 3.6.4-cü yarımbənd üzrə:

10.1. “3.6.4.1-3.6.4.3” rəqəmləri müvafiq olaraq “1-3” rəqəmləri ilə əvəz edilsin ;

10.2. dördüncü abzasda “layihəsinə” sözü “layihəsinin hazırlanmasına” sözləri ilə əvəz edilsin .

11. 3.7.2-ci yarımbənd üzrə:

11.1. “3.7.2.1-3.7.2.4” rəqəmləri müvafiq olaraq “1-4” rəqəmləri ilə əvəz edilsin;

11.2. dördüncü abzasda “layihəsinə” sözü “layihəsinin hazırlanmasına” sözləri ilə əvəz edilsin.

12. 3.7.4-cü yarımbəndə “Ədliyyə” sözündən əvvəl “Azərbaycan Respublikası” sözləri əlavə edilsin.

13. 3.7.5-ci yarımbənddə nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qaydanın 3.7.3-cü yarımbəndinin ikinci cümləsində göstərilən müddət həmin yarımbəndin birinci cümləsində göstərilən müddətə daxil deyildir;”.

14. 3.8.1-ci yarımbənd üzrə:

14.1. “3.8.1.1-3.8.1.3” rəqəmləri müvafiq olaraq “1-3” rəqəmləri ilə əvəz edilsin;

14.2. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“4. lisenziya və icazə müəyyən edən qanunun dəyişiklik edilmədən saxlanılması və ya ləğv olunması, dəyişiklik edilməsinə dair qanun layihəsinin hazırlanması, habelə digər tədbirlərin görülməsi ilə bağlı təkliflərə münasibət;”.

15. 3.8.2-ci yarımbəndin ikinci cümləsindən “və lisenziya və icazə müəyyən edən qanunda dəyişiklik edilmədən saxlanılmasına və ya ləğv olunmasına, dəyişiklik edilməsinə dair qanun layihəsi, habelə digər tədbirlərin görülməsi ilə bağlı qəbul olunan qərarlar” sözləri çıxarılsın.

16. 3.8.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.8.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Komissiyanın qərarında lisenziya və icazə müəyyən edən qanunun ləğvinə, onda dəyişiklik edilməsinə dair qanun layihəsinin hazırlanması müəyyən edildikdə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 45-ci və 46-cı maddələrinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti inzibati orqanlara tapşırıqlar verir;

2. Komissiyanın qərarı ilə digər tədbirlərin görülməsi müəyyən edildikdə, aidiyyəti inzibati orqanlara müvafiq tapşırıqlar verir.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında