Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

QƏRAR № 106          

Bakı şəhəri, 27 mart 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu  il  5  yanvar  tarixli  2  nömrəli qərarı ilə təsdiq  edilmiş “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin,   Vahid    təqvim  planına    daxil   edilmiş  bədən  tərbiyəsi  tədbirlərinin  və   idman   yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu  tədbirlərin təşkili   və   keçirilməsinə   ayrılan   xərclərin   Normaları”nda   dəyişiklik edilməsi barədə

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərənca- mının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə                Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 48; 2011, № 12, maddə 1251; 2014, № 10, maddə 1286) ilə təsdiq edilmiş “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın 4-cü hissəsində “xərclənməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq” sözləri “xərclənməməsinə görə qanunla müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında