Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

QƏRAR № 103                   

Bakı şəhəri, 27 mart 2017-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il    2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat  Fondunun vəsaitindən  istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli   Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli    Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti   QƏRARA  ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il   2 iyun tarixli 74 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 343; 2005, № 6, maddə 548; 2009, № 11, maddə 936) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 10-cu hissəsində “təşkilatlar həmin vəsaitin öz təyinatı üzrə düzgün xərclənməsinə bilavasitə” sözləri “təşkilatların vəzifəli şəxsləri həmin vəsaitin təyinatı üzrə xərclənməməsinə görə qanunla müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

  Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında