Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

QƏRAR № 102         

Bakı şəhəri, 27 mart 2017-ci il

“İşsizlik  müavinətlərinin  maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il   4 may tarixli 76 nömrəli qərarında dəyişikliklər   edilməsi barədə

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

“İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 313; 2004, № 9, maddə 750; 2008,    № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2012, № 2, maddə 179; 2014, № 6, maddə 747; 2016, № 7, maddə 1339, № 11, maddə 1976)  11-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 1. İkinci abzasda “xərclənməsinə” sözü “xərclənmə-məsinə” sözü ilə əvəz edilsin.

2. Üçüncü abzasda “çatdırılmasına” sözü “çatdırılmama-sına” sözü ilə əvəz edilsin.

3. Dördüncü abzasda “aparılmasına” sözü “aparılmama-sına” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında