Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

QƏRAR № 100            

Bakı şəhəri, 27 mart 2017-ci il

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 1997-ci il   25    dekabr   tarixli  140  nömrəli  qərarı    ilə   təsdiq  edilmiş  “Azərbaycan  Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf  fondu  haqqında  Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda   dəyişiklik edilməsi barədə

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək        məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti              QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 549; 2000, № 6, maddə 473; 2005, № 8, maddə 782; 2011, № 4, maddə 369; 2013, № 12, maddə 1637; 2016, № 5, maddə 954) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Gömrük sisteminin inkişaf fondunun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
 Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında