Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 97                                   

Bakı şəhəri, 17 mart 2017-ci il

“Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

  “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1073; 2010, № 4, maddə 354; 2014, № 9, maddə 1137; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.7. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiya və Ümumdünya Antidopinq Məcəlləsi ilə qadağan edilmiş dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı yönəlmiş nəzarət “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

2. 4.8-ci bənd üzrə:

2.1. beşinci abzasda “antidopinq” sözü “ÜADA tərəfindən akkreditasiya edilmiş” sözləri ilə və “analizin xoşagəlməz nəticələri” sözləri “antidopinq qaydalarının pozulması” sözləri ilə əvəz edilsin;

2.2. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi;”;

2.3. yeddinci abzas ləğv edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında