Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 82    

 Bakı şəhəri, 9 mart 2017-ci il

“Azərbaycan Hava Yolları” Qapalı  Səhmdar  Cəmiyyətinin Nizamnaməsinin və  strukturunun təsdiq edilməsi  haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 324, № 10, maddə 929, № 12, maddə 1117; 2013, № 6, maddə 765, № 8, maddə 1019; 2014, № 2, maddə 218; 2016, № 3, maddə 578, № 12, maddə 2235) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumlar” bölməsinin 11-ci hissəsində “Aviasiya Təhlükəsizlik İdarəsi” sözləri “Aviasiya Təhlükəsizlik Baş İdarəsi” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında