Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

         № 72                                      

Bakı şəhəri, 28 fevral 2017-ci il

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 114, № 11, maddə 969; 2005, № 1, maddə 51; 2008, № 8, maddə 787) ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissənin birinci cümləsində “aidiyyəti rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti şəhər, rayon şöbəsinə” sözləri ilə əvəz edilsin;

1.2. 4-cü hissənin birinci abzasında “rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə” sözləri ilə əvəz edilsin;

1.3. 6-cı hissənin ikinci cümləsində “Nazirliyinin rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi” sözləri “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi” sözləri ilə əvəz edilsin;

1.4. 8-ci hissədə “müvafiq rayon, şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinə” sözləri ilə əvəz edilsin;

1.5. 13-cü hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə 936; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 7, maddə 1343) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. cədvəlin “Tədbirlərin məzmunu” sütununun 4.1-ci bəndinin “a” abzasında, 4.3-cü bəndinin birinci (hər iki halda) və ikinci abzaslarında ismin müvafiq hallarında “yerli orqanları” sözləri ismin müvafiq hallarında “şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilsin;

2.2. cədvəldən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Tədbirlər Planında dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 725) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.1.3-cü yarımbənddə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin” sözləri ilə əvəz edilsin;

3.2. 11-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

 

Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında