Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 68                         

Bakı şəhəri, 24 fevral 2017-ci il

Azərbaycan    Respublikası   Nazirlər   Kabinetinin   2016-cı il 1 sentyabr tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai əhəmiyyətli  funksiyaları   yerinə  yetirən  hüquqi   şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 319-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2444 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin              etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1566; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 fevral tarixli 34 nömrəli qərarı) ilə təsdiq edilmiş “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilsin:

“7-1. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər.”.

2. 13-cü hissəyə “qeyri-dövlət (özəl) sosial fondlarından,” sözlərindən sonra “qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən,” sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında