Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 55

Bakı şəhəri, 17 fevral 2017-ci il

Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:  

1. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt.saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödənilir.

3. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan  sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunur:

3.1. faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər və rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri),  Azərbaycan Respublikası  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 və 2 nömrəli  formalara  uyğun olaraq;

3.2. faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də
elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir;

3.3. təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq,  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

4. Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin  siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.

5. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki:

5.1. aidiyyəti rayon  (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz,
elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etsin;

5.2. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

“Sıx  müvəqqəti  məskunlaşma  yerlərində  faktiki

yaşayan  məcburi  köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə    limitlərin   müəyyən   edilməsi   haqqında” Azərbaycan   Respublikası   Nazirlər  Kabinetinin

2017-ci il  17  fevral  tarixli  55  nömrəli qərarı”na

əlavə

 

FORMA 1

                                                                                                                                                                                             

Təsdiq edirəm:

 

_______________ Rayon (Şəhər) İcra Hakimiyyətinin başçısı

_______________________________

         (soyadı, adı və atasının adı)

            

 

                                       Təsdiq edirəm:        

 

 Ərazisi işğal olunmuş ___________Rayon İcra    

            Hakimiyyətinin   başçısı

               ____________________________________

                   (soyadı, adı və atasının adı)        

                                                                       

______________                                                                                                                                                                                         ________________      

       (imza)                                                                                                                                                                                                               (imza)

                        M.Y.                                                                                                                                                                                                   M.Y

 

                                        _____________ rayonun  (şəhərin) ərazisində fərdi qaydada sayğaclar quraşdırılmayan

sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin

 

A d l ı      S İ Y A H I S I

 

                                                                                                                            20___il       1 yanvar tarixinə olan vəziyyətə

 

Sıra №-si

Soyadı, adı və atasının adı

Təvəllüdü

(gün, ay, il)

Qohumluq əlaqəsi

Məcburi köçkün düşdüyü rayon

Şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi

Hazırda müvəqqəti məskunlaşdığı obyekt

Obyektin ünvanı

Qeyd

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

Məcburi köçkünlərin məskunlaşdığı _______Şəhər (Rayon)

İcra Hakimiyyətinin nümayəndəsi                                          _________________________

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi                        _________________________

“Azərişıq” ASC-nin nümayəndəsi                                          _________________________                         

“Azərsu” ASC-nin nümayəndəsi                                            _________________________

Dövlətqaçqınkomun yerli nümayəndəsi                                _________________________

Ərazisi  işğal olunmuş rayonun

səlahiyyətli nümayəndəsi                                                       _________________________

                                                                                  

Qeyd.  Soyadı, adı, atasının adı və vəzifələr göstərilməlidir.

 “Sıx  müvəqqəti  məskunlaşma  yerlərində  faktiki

yaşayan  məcburi  köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə    limitlərin   müəyyən   edilməsi   haqqında” Azərbaycan   Respublikası   Nazirlər  Kabinetinin

2017-ci il  17  fevral  tarixli  55  nömrəli qərarı”na

əlavə

 

FORMA 2

                                                                                                                                                                                             

Təsdiq edirəm:

 

_______________Rayon (Şəhər) İcra Hakimiyyətinin başçısı

_______________________________

         (soyadı, adı və atasının adı)

            

 

                                       Təsdiq edirəm:        

 

 Ərazisi işğal olunmuş ___________Rayon İcra    

            Hakimiyyətinin   başçısı

               ____________________________________

                   (soyadı, adı və atasının adı)        

                                                                       

______________                                                                                                                                                                      ________________      

         (imza)                                                                                                                                                                                  (imza)

 

                      M.Y.                                                                                                                                                                                   M.Y

                                        _____________ rayonun  (şəhərin) ərazisində fərdi qaydada təbii qazla təmin olunmayan

sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin

 

A d l ı      S İ Y A H I S I

                                                                                                                            20___il       1 yanvar tarixinə olan vəziyyətə

 

Sıra №-si

Soyadı, adı və  atasının adı

Təvəllüdü

(gün, ay, il)

Qohumluq əlaqəsi

Məcburi köçkün düşdüyü rayon

Şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi

Hazırda müvəqqəti məskunlaşdığı obyekt

Obyektin ünvanı

Qeyd

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

Məcburi köçkünlərin məskunlaşdığı _____ Şəhər (Rayon)

İcra Hakimiyyətinin nümayəndəsi                                            ________________________

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi                          ________________________

“Azərişıq” ASC-nin nümayəndəsi                                            ________________________                         

“Azərsu” ASC-nin nümayəndəsi                                              ________________________

Dövlətqaçqınkomun yerli nümayəndəsi                                  ________________________

Əraziləri  işğal olunmuş  rayonun

səlahiyyətli nümayəndəsi                                                        ________________________

 

 Qeyd.  Soyadı, adı, atasının adı və vəzifələr göstərilməlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında