Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

   № 39

Bakı şəhəri, 8 fevral 2017-ci il

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın  təsdiq edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə  tələbə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın  təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ləğv edilsin.

Artur Rasi-zadə
 Azərbaycan Respublikasının
Baş naziri

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 8 fevral

tarixli 39 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə

tələbə qəbulu

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1.  Bu Qaydalar  “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir.

1.2. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

1.3. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

   1.4. Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

1.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə  əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlхalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanın-da) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz)  tərəfindən həyata keçirilir.

1.7. Müsabiqədə  iştirak ödənişlidir.

1.8. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür (1 nömrəli əlavə).

 

2. Ərizələrin qəbul edilməsi

 

2.1. Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər isə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni özləri təsdiq etməlidirlər. Digər abituriyentlər aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (tam orta təhsil haqqında sənədin  əslini təqdim etməyən abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (2 nömrəli əlavə);

2.1.3. Azərbaycan Respublikasında ali  təhsil müəssisəsini bitirən  abituriyentlərə həmin təhsil müəssisəsi tərəfindən verilən və ali təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (3 nömrəli əlavə);

2.1.4. hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.

2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

2.3. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış SQK-ya sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər.

2.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qey­diy­yatdan keçmiş abitu­ri­yentlərin Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda, onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla və ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir.

 

3. Qəbul imtahanı

 

3.1. Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:

3.1.1. I ixtisas qrupu –  qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

3.1.2. II ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

3.1.3. III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiy­yat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

3.1.4. IV ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq,  Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;

3.1.5. V ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

3.2. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi aşağıdakı ardıcıllıqla müəyyən edilmişdir:

3.2.1. I ixtisas qrupu – riyaziyyat, fizika, kimya, Azərbaycan (rus) dili, xarici dil. Riyaziyyat və fizika əsas fənlər hesab olunurlar;

3.2.2. II ixtisas qrupu – riyaziyyat, coğrafiya, Azərbaycan (rus) dili, xarici dil, Azərbaycan tarixi. Riyaziyyat və coğrafiya əsas fənlər hesab olunurlar;

3.2.3. III ixtisas qrupu – Azərbaycan (rus)  dili, tarix, ədəbiy­yat, xarici dil, riyaziyyat. Azərbaycan (rus)  dili və tarix əsas fənlər hesab olunurlar;

3.2.4. IV ixtisas qrupu – biologiya, kimya, fizika, Azərbaycan (rus) dili, riyaziyyat. Biologiya və kimya əsas fənlər hesab olunurlar.

3.3. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə)  buraxılırlar.

3.4. İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfin­dən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən  hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

3.5. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

 

4. İxtisas seçimi

 

4.1. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır.

4.2. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar.

4.3. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid  ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər.

4.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən  müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.

5. Müsabiqənin keçirilməsi

 

5.1. Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. 

5.2.  Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.2.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.2.2. xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

5.2.3. qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;

5.2.4. qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;

5.2.5. qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

5.2.6. qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;

5.2.7. qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

5.3. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.3.1. abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

5.3.2. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.3.3. riyaziyyat fənni üzrə imtahan balı;

5.3.4. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

5.4. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı yekun bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.4.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.4.2. riyaziyyat fənni üzrə imtahan balı;

5.4.3. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

5.5. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

5.6. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

5.7. Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin  sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər.

5.8. Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.

5.9. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

 

 

6. Yekun müddəalar

 

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

  6.4. Abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5.  başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.7. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

6.5. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

 

Qeyd. 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.

 

_________________________

 

 

 

 

“Azərbaycan Respublikasının ali təhsil   müəssisələrinə tələbə qəbulu Qaydaları”na

 

1 nömrəli əlavə

İxtisas qrupları və ixtisaslar

 

İxtisas qrupları

I

II

III

IV

V

İxtisasların adı

1. Fizika müəllimliyi 

2. Riyaziyyat və informatika müəllimliyi

3. Riyaziyyat müəllimliyi

4. Texnologiya müəllimliyi

5. İnformatika müəllimliyi

6. Riyaziyyat

7. Mexanika

8. Fizika

9. Geologiya

10. Kompüter elmləri

11. Materialşünaslıq mühəndisliyi

12. Geologiya mühəndisliyi

13. Hidrogeologiya mühəndisliyi

14. Geofizika mühəndisliyi

15. Dağ-mədən mühəndisliyi

16. Neft-qaz mühəndisliyi

17. Neft-qaz qurğuları mühəndisliyi

18. Elektroenergetika mühəndisliyi

19. İstilik energetikası mühəndisliyi

20. Enerji maşınqayırması mühəndisliyi

21. Metallurgiya mühəndisliyi

 

22. Maşın mühəndisliyi

23. Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

24. Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

25. Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

26. Uçuş mühəndisliyi

27. Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi

28. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

29. Gəmi energetik qurğularının istismarı mühəndisliyi

30. Dəniz naviqasiyası mühəndisliyi

31. Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

32. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

33. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

34. Cihazqayırma mühəndisliyi

35. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

36. Elektrik mühəndisliyi

37. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

38. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

39. Mexatronika və robototexnika mühəndisliyi

40. Mexanika mühəndisliyi

41. Kompüter mühəndisliyi

42. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

43. Memarlıq*

44. İnşaat mühəndisliyi

45. Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

46. Nəqliyyat tikintisi mühəndisliyi

47. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

48. Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi

49. Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

50. Torpaqşünaslıq və aqrokimya

51. Kimya mühəndisliyi

52. Qida məhsulları mühəndisliyi

53. Çoxişlənən malların texnologiyası mühəndisliyi

54. İstehlak mallarının ekspertizası və marketinqi

55. Poliqrafiya mühəndisliyi

56. Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

57. Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

58. Biotibbi texnologiya mühəndisliyi

59. Ekologiya mühəndisliyi

60. Yanğın təhlükəsizliyi mühəndisliyi

61. Aqromühəndislik

62. Aqronomluq

63. Zootexniklik

64. Balıqçılıq və ba-lıqçılıq təsərrüfatı işi

65. Meşəçilik

66. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

67. Optotexnika

68. Pirotexniki vasitələrin texnologiyası

69. Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı

70. İnformasiya təhlükəsizliyi

71. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri

72. Silah və silah sistemlərinin istehsal texnologiyası

73. Xüsusi təyinatlı texnika və sistemlər

74. Kosmik texnologiyalar mühəndisliyi

75. Kosmik texnika mühəndisliyi

76. Kosmik idarəetmə sistemləri mühəndisliyi

77. Geodeziya və xəritəçilik mühəndisliyi

78. Yer quruluşu, torpaq və şəhər kadastrı

1. Tarix və coğrafiya müəllimliyi

2. Coğrafiya müəllimliyi

3. Sosiologiya

4. Region-şünaslıq (regionlar üzrə)

5. Beynəlxalq münasibətlər

6. Dünya iqtisadiyyatı

7. Mühasibat uçotu və audit

8. Maliyyə

9. İqtisadiyyat

10. Sənayenin təşkili və idarə olunması

11. Statistika

12. Menec-ment

13. Marketinq

14. Biznesin idarə edilməsi

15. Dövlət və bələdiyyə idarəetməsi

16. Kom-mersiya

17. Hidromete-orologiya

18. Turizm və otelçilik

19. Coğrafiya 

20. Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)

 1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. Xarici dil müəllimliyi (dillər üzrə)

3. Tarix müəllimliyi

4. İbtidai sinif müəllimliyi

5. Korreksiya-edici təlim

6. Məktəbəqədər təlim və tərbiyə

7. Təhsildə sosial-psixoloji xidmət

8. Filologiya (dil və ədəbiyyat göstərilməklə)

9. Fəlsəfə

10. Tərcümə (dillər üzrə)

11. Jurnalistika*

12. Kitab-şünaslıq

13. Tarix

14. Antropolo-giya

15. Politologiya

16. Hüquq-şünaslıq

17. Dinşünaslıq

18. Kitab-xanaçılıq və informasiya

19. Muzey-şünaslıq, arxiv işi və abidələrin qorunması

 

20. Sənət-şünaslıq

21. Teatr-şünaslıq

22. Kinoşünaslıq

23. Bədii yaradıcılıq və ekran dramaturgiyası

24. Sosial iş

25. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

26. Dövlət və ictimai münasibətlər

1. Biologiya müəllimliyi

2. Kimya müəllimliyi

3. Kimya və biologiya müəllimliyi

4. Psixologiya

5. Biologiya

6. Ekologiya

7. Baytarlıq

8. Müalicə işi

9. Hərbi həkim işi

10. Tibbi profilaktika

11. Stomatolo-giya

12. Əczaçılıq

13. Həkim yardımçısı

14. Su bioehtiyatları və akvabitkilər

15. Kimya

1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)*

2. Bədən tərbiyəsi və idman*

3. Musiqi müəllimliyi*

4. Təsviri incəsənət müəllimliyi*

5. İnstrumental ifaçılıq*

6. Solo oxuma*

7. Dirijorluq*

8. Bəstəkarlıq*

9. Musiqişünaslıq*

10. Xoreoqrafiya sənəti*

11. Estrada sənəti*

12. Xalq çalğı alətləri ifaçılığı*

13. Aktyor sənəti*

14. Dekorativ sənət*

15. Rejissorluq*

16. Operator sənəti*

17. Rəngkarlıq*

18. Qrafika*

19. Heykəl-təraşlıq*

20. Dizayn* (təsviri sənət istiqaməti)

21. Dizayn* (memarlıq və dizayn istiqaməti)

 

 

*Bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır.

 

 

 

________________

 

 

 

“Azərbaycan Respublikasının ali təhsil   müəssisələrinə tələbə qəbulu Qaydaları”na

 

2 nömrəli əlavə

 

 

ARAYIŞ

 

 _________________________________________________

(arayışı verən təhsil müəssisəsinin adı)

 

məzunu ___________________________________________

(soyadı, adı, atasının adı)

 

ondan ötrü verilir ki, həqiqətən onun qeyd olunan fənlər üzrə attestat qiymətləri aşağıdakı kimidir:

 

Tədris (_____________) dili    ____   

Ədəbiyyat                                         ____

Xarici dil                                                                       ____

Riyaziyyat                                                   ____

Azərbaycan tarixi                  ____

Ümumi tarix                                                                  ____               

Fizika                                                                                             ____

Kimya                                                                            ____               

Biologiya                                                                      ____               

Coğrafiya                                                          ____                                       

 

 

Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

 

Məsul şəxs                                      ___________  __________________________                                                      

                                (imza)                        (soyadı, adı, atasının adı)

M.Y.                                                        

   Tarix  _____  ___________ 20__-ci il

 

“Azərbaycan Respublikasının ali təhsil   müəssisələrinə tələbə qəbulu Qaydaları”na

 

3 nömrəli əlavə

 

 

 ARAYIŞ

 

 _________________________________________________

(təhsil müəssisəsinin adı)

 _________________________________________________

(təhsil aldığı ixtisasın adı)

 

 __________üzrə bakalavriat səviyyəsində təhsilini ______ ildə

 

bitirən __________________ ondan ötrü verilir ki, həqiqətən o,

              (soyadı, adı, atasının adı)

 

bakalavriat səviyyəsində təhsilini _______________________         

                                           (dövlət sifarişi əsasında/ ödənişli əsaslarla)

almışdır.                                                            

 

 

                             

 

Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

 

Məsul şəxs                                      ___________  __________________________                                                      

                                (imza)                        (soyadı, adı, atasının adı)

M.Y.                                                        

   Tarix  _____  ___________ 20__-ci il

 

_______________________

 

 

 

         №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında