AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 534            

      Bakı şəhəri, 30 dekabr 2016-cı il

İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında

İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə   bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın  artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparılması Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda sadalanan iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov  – Azərbaycan Respublikasının maliyyə naziri

Fazil Məmmədov – Azərbaycan Respublikasının vergilər naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Rüfət Aslanlı –  Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri.

5. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.

6. Müəyyən edilsin ki:

6.1. iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək Komissiyanın Katibliyinə təqdim edir;

6.2. Komissiya təqdim olunmuş layihələrin müzakirəsini və qiymətləndirilməsini həyata keçirir və müvafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkətlərinə qaytarır;

6.3. iri dövlət şirkətləri, Komissiyanın rəyi nəzərə alınmaqla, gəlir və xərclər smetaları layihəsində düzəlişlər edərək, layihəni sentyabr ayının 25-dək Komissiyanın Katibliyinə təqdim edir;

6.4. Komissiya hər il noyabr ayının 1-dək iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq edir;

6.5. iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək Komissiyaya təqdim edir;

6.6. Komissiya altı ay müddətində bu qərarın 6.5-ci bəndinə əsasən təqdim olunmuş gəlir və xərclər smetalarının illik icrası barədə hesabatların təhlilini, qiymətləndirilməsini və monitorinqini aparır, bu barədə arayış hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

6.7. gəlirlər və xərclər smetaları təsdiq edildikdən sonra iri dövlət şirkətlərinin gəlirlər və xərclərində Komissiya ilə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.

7. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ləğv edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış  ola bilərsiniz.

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 30 dekabr

tarixli 534 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

 

Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin

 

                                         SİYAHISI

 

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.

2. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

3. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti.

4. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti.

5. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti.

6. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.

7. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.

8. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti.

9. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti.

10. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti.

11. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi).

 

 ­­­­­­­­­­­                                 __________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 30 dekabr

tarixli 534 nömrəli qərarı ilə

təsdiq edilmişdir.                      

2 nömrəli əlavə

 

İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi

 

QAYDASI

 

  1. Ümumi müddəa

 

1.1. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları bu Qaydaya əlavə olunmuş formaya uyğun tərtib olunmaqla, “Gəlirlər və daxilol-malar” və “Xərclər” bölmələrindən ibarətdir.

2. “Gəlirlər və daxilolmalar” bölməsi

2.0. Gəlirlər və daxilolmalar (1) bölməsində iri dövlət şirkətləri tərəfindən təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstə-rilmiş xidmətlərin həcmi və onun fəaliyyətindən əldə edilən və kənardan cəlb olunan pul vəsaitləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla öz əksini tapmalıdır.

2.0.1.Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi (1.1.) bəndində hesabat dövründə təqdim edilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin, mənfəətin hesablanması üçün seçilmiş metoddan (kassa və ya hesablama) asılı olmayaraq, həcmi göstərilməlidir.

2.0.2. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan pul vəsaitləri (1.2.) bəndində malların təqdim edilməsindən, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə edilən və bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitləri göstərilməlidir. Təsərrüfat xüsusiyyətlərindən asılı olaraq vəsaitlərin daxilolma mənbələri ayrı-ayrılıqda göstərilməlidir (məsələn, nəqliyyat sektoru üzrə yük daşınmasından, sərnişin daşınmasından, xarici iqtisadi fəaliyyətlə məşğul olanlar bu fəaliyyətdən və s.).

2.0.3. Sair daxilolmalar (1.3.) bəndində malların təqdim edil-məsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə bağlı olmayan və bütün hesablara (xəzinəyə) daxil olan sair pul vəsaitləri göstərilməlidir. Belə daxilolmalara ssuda və kreditlər üzrə daxilol-malar, xarici valyuta üzrə məzənnə fərqləri və sair bu qəbildən olan daxilolmalar şamil edilməlidir.

2.0.4. Dövlət büdcəsindən ayrılan vəsaitlər (1.4.) bəndində dövlət büdcəsindən ayrılan subsidiyalar, dövlət əsaslı vəsait qoyulu-şu və digər ayırmalar öz əksini tapmalıdır.

2.0.5. Kreditlər (1.5.) bəndində kreditlər, o cümlədən dövlət zəmanəti ilə alınmış kreditlər üzrə məbləğlər əks olunmalıdır.

                                    3. “Xərclər” bölməsi                  

3.0. Bu bölmədə hesabat dövründə bütün hesablara (xəzinəyə) daxil olan pul vəsaitlərinin və dövlət büdcəsindən ayrılan subsidi-yaların xərc istiqamətləri əlavə dəyər vergisi və aksiz daxil olmaqla göstərilməlidir.

3.0.1.Büdcə ödənişləri (2.1.) bəndində vergi qanunvericiliyinə əsasən büdcə qarşısında yerinə yetirilmiş öhdəliklər üzrə xərclər öz əksini tapmalıdır. Yarımbəndlər üzrə vergi ödənişləri ayrı-ayrılıqda göstərilməlidir.

3.0.2. Əməkhaqqı və ona bərabər tutulan ödənişlər (2.2.) bəndində əməkhaqqı və ona bərabər tutulan ödənişlərin bütün növləri üzrə xərclər göstərilməlidir. Ödənilmiş gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları (işçilərin əməkhaqqından) müvafiq olaraq 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə öz əksini tapmalıdır.

3.0.3. Əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta ayırmaları (2.3.) bəndində əməkhaqqı fondundan işəgötürənlərin məcburi dövlət sosial sığorta ayırmaları öz əksini tapmalıdır.

3.0.4. Xammal və materiallar (2.4.) bəndində xammal və materiallar üzrə xərclər əks olunmalı, yanacaq xərcləri isə 2.4.1-ci yarımbəndində ayrıca göstərilməlidir. Dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınmış yanacaq xərcləri 2.4.1.1-ci yarımbən-dində, dolayı subsidiyalar isə “Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyanın verilməsi mexanizmi”nə uyğun rəsmiləşdirildikdən sonra smetada öz əksini tapmalıdır.

3.0.5. Rabitə xərcləri (2.5.) bəndində rabitə xərcləri öz əksini tapmalıdır.

3.0.6. Nəqliyyat xərcləri (2.6.) bəndində həm daxili, həm də cəlb olunmuş nəqliyyatlara görə xərclər öz əksini tapmalıdır.

3.0.7. Kommunal xərclər (2.7.) bəndində yalnız kommunal məqsədlər üçün sərf edilmiş xərclər göstərilməlidir.Texnoloji məq-sədlər üçün alınan və xammal kimi istifadə olunan su, qaz, elektrik enerjisi, buxar və s. isə 2.4-cü bəndində öz əksini tapmalıdır.

3.0.8. Ezamiyyə xərcləri (2.8.) bəndində limitdən asılı olmayaraq, bütün ezamiyyə xərcləri öz əksini tapmalıdır.

3.0.9. Reklam xərcləri (2.9.) bəndində reklama görə xərclər öz əksini tapmalıdır.

3.0.10. Mühafizə xərcləri (2.10.) bəndində həm daxili, həm də bağlanmış müqavilələrə görə xərclər öz əksini tapmalıdır.

3.0.11. Bank xidməti üzrə xərclər (2.11.) bəndində bank hesablarına xidmətlə bağlı sərf olunan xərclər göstərilməlidir.

3.0.12. Borca və kreditə görə ödənilmiş əsas məbləğlər (2.12.) bəndində borca və kreditə görə ödənilmiş əsas məbləğlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə əsas məbləğlərin qaytarılması xərcləri 2.12.1-ci yarımbəndində göstəril-məlidir.

3.0.13. Borca və kreditə görə ödənilmiş faizlər (2.13.) bəndində borca və kreditə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.13.1-ci yarımbəndində göstərilməlidir. Bu xərclər vaxtı keçmiş borca və kreditə görə hesablanmış faizlərin qaytarılmasına şamil edilmir.

3.0.14. Vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər (2.14.) bəndində vaxtı keçmiş borclara və kreditlərə görə ödənilmiş faizlər öz əksini tapmalıdır. Dövlət zəmanəti ilə alınmış vaxtı keçmiş kreditlər üzrə faizlərin qaytarılması xərcləri 2.14.1-ci yarımbəndində göstərilməlidir.

3.0.15. Nümayəndəlik xərcləri (2.15.) bəndində nümayəndəlik xərcləri öz əksini tapmalıdır.

3.0.16. Kadr hazırlığı xərcləri (2.16.) bəndində kadrların hazırlanması ilə bağlı xərclər göstərilməlidir.

3.0.17. Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (2.17.) bəndində elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər göstərilməlidir. Normativ sənədlərin hazırlanması ilə bağlı xərclər 2.17.1-ci yarım-bəndində göstərilməlidir.

3.0.18. Təmir xərcləri (2.18.) bəndində cari təmir xərcləri öz əksini tapmalıdır. Bu xərclərə cari təmirlə bağlı bütün xərclər,o cüm-lədən material xərci, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üzrə xərc və s. daxil edilməlidir.

3.0.19.  Sığorta xərcləri (2.19.) bəndində sığorta üzrə müvafiq xərclər öz əksini tapmalıdır.

3.0.20.  Dividendlərin ödənilməsi (2.20.) bəndində bütün növ dividendlərin ödənişi üzrə xərclər göstərilməlidir. Dövlət büdcəsinə ödənilən dividendlər 2.20.1-ci yarımbəndində öz əksini tapmalıdır.

3.0.21. Kapital və maliyyə qoyuluşları (2.21.) bəndində tikinti-quraşdırma işləri, avadanlıqların alınması, qeyri-maddi aktivlərin alınması, torpaq sahələrinin alınması, qiymətli kağızların alınması üzrə xərclər və faizli istiqrazlara maliyyə qoyuluşları və sair bu kimi kapital və maliyyə qoyuluşları göstərilməlidir. Xərclər yarımbəndlər üzrə ayrı-ayrılıqda göstərilməlidir.

3.0.22. Sosial xərclər (2.22.) bəndində qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin, qeyri-istehsal təyinatlı obyektlərin avadanlıqlarının yeniləşməsinə və əsaslı təmirinə çəkilən xərclər və xeyriyyəçilik məqsədləri ilə aparılmış ödənişlər göstərilməlidir.

3.0.23. Digər xərclər (2.23.) bəndində yuxarıda sadalanmayan bütün xərclər göstərilməlidir.

4. “Gəlirlər və daxilolmalar” və “Xərclər” bölməsinin tərtibinə dair açıqlamalar və arayışın tərtibi

4.0. Smetaların tərtibi zamanı hesabat formasının bəndlərinə aid göstəricilərin açıqlanması smetaya əlavə olunmaqla, aşağıdakı məlumatların təhlilini özündə əks etdirən arayış təqdim olunmalıdır:

4.0.1. təqdim edilmiş malların (iş və xidmətlərin) həcminin əsas fəaliyyət növlərinə uyğun bölgüsü;

4.0.2. cəlb olunmuş vəsaitlərin (o cümlədən banklardan alınmış kreditlərin) və onların təyinatının, cəlb olunmuş vəsaitlər üzrə faiz öhdəliklərinin bölgüsü;

4.0.3. xammal və material xərclərinin əsas növləri üzrə bölgüsü;

4.0.4. dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınan xammal və materialların bölgüsü;

4.0.5. təmir xərclərinin təmir aparılan obyektlər üzrə bölgüsü;

4.0.6.  sığorta xərclərinin sığorta növləri üzrə bölgüsü;

4.0.7. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;

4.0.8.  sosial xərclərin təyinatı üzrə bölgüsü;

4.0.9.  xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;

4.0.10. kapital qoyuluşlarının, o cümlədən tikinti-quraşdırma işlərinin (bu işlərin yerinə yetirilmə obyektləri üzrə), əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, torpaq sahələrinin alınması xərclərinin təyinatı üzrə bölgüsü;

4.0.11.  sosial xərclərin təyinatı üzrə bölgüsü;

4.0.12. xeyriyyəçilik məqsədli ödənişlərin təyinatı üzrə bölgüsü;

4.0.13.  digər xərclərin bölgüsü;

4.0.14. hesabat dövrünün əvvəlinə və sonuna debitor və kreditor borclar, o cümlədən dövlət zəmanətli kreditlər haqqında məlumatlar;

4.0.15. hesabat dövrünün əvvəlinə və sonuna vəsait qalığı barədə məlumatlar;

4.0.16. əsas vəsaitlərin qalıq dəyərləri və amortizasiya hesablamaları.

 

                        __________________

 

 

 

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər

smetalarının tərtibi Qaydası”na

əlavə

 

 

_______________________________________20__-ci il üzrə

(iri dövlət şirkətinin adı)

 

gəlirlər və xərclər smetasının tərtibi və icrasına dair                hesabat forması

 

(mln. manatla)

Sıra

№-si

Gəlir və xərc maddələrinin məzmunu

Keçən il fakt

Cari il gözləni-lən

Növbə-ti il

proq-noz

O cümlədən

 

I rüb

II

rüb

III

rüb

IV rüb

 

1

2

3

4

5

6

7

8

9

 

1.

GƏLİRLƏR və DAXİLOLMALAR,

o  cümlədən:

 

 

 

 

 

 

 

 

1.1.

Təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi

 

 

 

 

 

 

 

 

1.2.

Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan pul vəsaitləri*

 

 

 

 

 

 

 

 

1.2.1.

 

 

 

 

 

 

 

 

 

1.2.2.

 

 

 

 

 

 

 

 

 

1.2.3.

 

 

 

 

 

 

 

 

 

1.2.4.

 

 

 

 

 

 

 

 

 

1.2.5.

 

 

 

 

 

 

 

 

 

1.3.

Sair daxilolmalar

 

 

 

 

 

 

 

 

1.4.

Dövlət büdcəsindən ayrılan vəsaitlər

 

 

 

 

 

 

 

 

1.4.1.

subsidiyalar

 

 

 

 

 

 

 

 

1.4.2.

dövlət əsaslı vəsait qoyuluşu

 

 

 

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

1.4.3.

digər ayırmalar

 

 

 

 

 

 

 

1.5.

Kreditlər

 

 

 

 

 

 

 

1.5.1.

dövlət zəmanəti ilə alınmış kreditlər

 

 

 

 

 

 

 

1.5.2.

digər kreditlər

 

 

 

 

 

 

 

 

2.

XƏRC İSTİQAMƏTLƏRİ,

o cümlədən:

 

 

 

 

 

 

 

2.1.

Büdcə ödənişləri

 

 

 

 

 

 

 

2.1.1.

mənfəət vergisi

 

 

 

 

 

 

 

2.1.2.

əlavə dəyər vergisi

 

 

 

 

 

 

 

2.1.3.

aksiz

 

 

 

 

 

 

 

2.1.4.

mədən vergisi

 

 

 

 

 

 

 

2.1.5.

əmlak vergisi

 

 

 

 

 

 

 

2.1.6.

torpaq vergisi

 

 

 

 

 

 

 

2.1.7.

digər vergi və ödənişlər

 

 

 

 

 

 

 

2.2.

Əməkhaqqı və ona bərabər tutulan ödənişlər

 

 

 

 

 

 

 

2.2.1.

işçilərin əməkhaqqı

 

 

 

 

 

 

 

2.2.2.

əməyin ödənişi ilə bağlı sair pul ödənişləri (mükafat, müavinət və s.)

 

 

 

 

 

 

 

2.2.3.

gəlir vergisi

 

 

 

 

 

 

 

2.2.4.

məcburi dövlət sosial sığorta haqları

 

 

 

 

 

 

 

2.2.5.

əməkhaqqı üzrə digər ödənişlər

 

 

 

 

 

 

 

2.3.

Əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta ayırmalar

 

 

 

 

 

 

 

2.4.

Xammal və material

 

 

 

 

 

 

 

2.4.1.

yanacaq, o cümlədən:

 

 

 

 

 

 

 

2.4.1.1.

dolayı subsidiya hesabına alınan yanacaq

 

 

 

 

 

 

 

2.5.

Rabitə xərcləri

 

 

 

 

 

 

 

2.6.

Nəqliyyat xərcləri

 

 

 

 

 

 

 

2.7.

Kommunal xərclər

 

 

 

 

 

 

 

2.7.1.

su haqqı

 

 

 

 

 

 

 

2.7.2.

elektrik enerjisi haqqı

 

 

 

 

 

 

 

2.7.3.

qaz haqqı

 

 

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

2.7.4.

kanalizasiya və tullantı haqları

 

 

 

 

 

 

 

2.7.5.

istilik haqqı

 

 

 

 

 

 

 

2.8.

Ezamiyyə xərcləri

 

 

 

 

 

 

 

2.8.1.

ölkədaxili ezamiyyətlərlə bağlı xərclər

 

 

 

 

 

 

 

2.8.2.

xaricə ezamiyyətlərlə bağlı xərclər

 

 

 

 

 

 

 

2.9.

Reklam xərcləri

 

 

 

 

 

 

 

2.10.

Mühafizə xərcləri

 

 

 

 

 

 

 

2.11.

Bank xidməti üzrə xərclər

 

 

 

 

 

 

 

2.12.

Borca və kreditə görə ödənilmiş əsas məbləğlər, o cümlədən:

 

 

 

 

 

 

 

2.12.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

2.13.

Borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən:

 

 

 

 

 

 

 

2.13.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

2.14.

Vaxtı keçmiş borca və kreditə görə ödənilmiş faizlər, o cümlədən:

 

 

 

 

 

 

 

2.14.1.

dövlət zəmanəti ilə alınmış kreditlər üzrə

 

 

 

 

 

 

 

2.15.

Nümayəndəlik xərcləri

 

 

 

 

 

 

 

2.16.

Kadr hazırlığı xərcləri

 

 

 

 

 

 

 

2.17.

Elmi-tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər, o cümlədən:

 

 

 

 

 

 

 

2.17.1.

normativ sənədlərin hazırlanması xərci

 

 

 

 

 

 

 

2.18.

Cari təmir xərcləri

 

 

 

 

 

 

 

2.19.

Sığorta xərcləri

 

 

 

 

 

 

 

2.20.

Dividendlərin ödənilməsi, o cümlədən:

 

 

 

 

 

 

 

2.20.1.

büdcəyə ödənilən dividendlər

 

 

 

 

 

 

 

2.21.

Kapital və maliyyə qoyuluşları

 

 

 

 

 

 

 

 

 

 

1

2

3

4

5

6

7

8

9

2.21.1.

tikinti-quraşdırma işləri

 

 

 

 

 

 

 

2.21.1.1.

əsaslı təmir

 

 

 

 

 

 

 

2.21.1.2.

yeni bina və qurğuların tikinti və quraşdırma işləri

 

 

 

 

 

 

 

2.21.2.

əsas vəsaitlərin alınması

 

 

 

 

 

 

 

2.21.2.1.

avtonəqliyyat vasitələrinin alınmasına

 

 

 

 

 

 

 

2.21.2.2.

əsas vəsaitlərin əsaslı təmiri

 

 

 

 

 

 

 

2.21.3.

qeyri-maddi aktivlərin alınmasına

 

 

 

 

 

 

 

2.21.4.

torpaq sahələrinin alınmasına

 

 

 

 

 

 

 

2.21.5.

qiymətli kağız və səhmlərin alınmasına, faizli istiqrazlara uzunmüddətli maliyyə qoyuluşları

 

 

 

 

 

 

 

2.21.6.

digər kapital və maliyyə qoyuluşları

 

 

 

 

 

 

 

2.22.

Sosial xərclər

 

 

 

 

 

 

 

2.22.1.

qeyri-istehsal təyinatlı yaşayış evlərinin, təhsil və səhiyyə obyektlərinin tikintisinə

 

 

 

 

 

 

 

2.22.2.

qeyri-istehsal təyinatlı obyektlərin əsas vəsaitlərinin yeniləşməsinə və əsaslı təmirinə

 

 

 

 

 

 

 

2.22.3.

xeyriyyəçilik məqsədi ilə ödənişlər

 

 

 

 

 

 

 

2.22.4.

digər sosial xərclər

 

 

 

 

 

 

 

 

2.23.

 

Digər xərclər**

 

 

 

 

 

 

 

 

 

İri dövlət şirkətlərinin rəhbərinin imzası:_____________

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 30 dekabr

tarixli 534 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

3 nömrəli əlavə

 

 

İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması

QAYDASI

1. Ümumi müddəalar

1.1.  Bu Qayda iri dövlət şirkətlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiya (bundan sonra – Komissiya) tərəfindən təsdiq edilmiş gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılmasını tənzimləyir.

1.2.  İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması zəruri məlumatları və hesabatları almaqla və ilkin sənədləri araşdırmaqla iri dövlət şirkətinin Komissiya tərəfindən təsdiq edilmiş gəlirlər və xərclər smetalarının faktiki və proqnoz göstəricilərinin təhlil edilməsini və qiymətləndirilməsini nəzərdə tutur.

2. Monitorinqin aparılması

2.1. İri dövlət şirkətlərində gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq Komissiyanın hər il təsdiq etdiyi qrafikə uyğun müddətlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri daxil edilməklə yaradılan və rəhbəri Komissiya tərəfindən müəyyənləşdirilən işçi qrupu tərəfindən aparılır.

2.2. İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması zamanı aşağıdakı göstəricilər araşdırılır:

2.2.1. iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun tərtibi;

2.2.2. malların (işlərin, xidmətlərin) təqdim edilməsindən hesablarına və kassalarına daxil olmuş vəsaitlərin mədaxil və məxaricinin uçotda və gəlirlər və xərclər smetasının icrasına dair hesabatda əks etdirilməsi;

2.2.3. büdcədən ayrılan subsidiyaların öz təyinatına uyğun istifadəsi, qarşılıqlı əvəzləşdirmələr, barter əməliyyatlarının aparıl-ması;

2.2.4.  bank kreditlərinin, ssudaların, investisiyaların və qrantların istifadəsinin vəziyyəti və səmərəliliyi;

2.2.5.  investisiya fəaliyyətinin vəziyyəti;

2.2.6. büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi, ödənişlərin növbəliliyinə riayət edilməsi;

2.2.7. maya dəyərinin ayrı-ayrı xərc maddələrinin, o cümlədən xammal və material xərclərinin əsas növləri üzrə icrası və səmərəliliyi;

2.2.8.  dövlət büdcəsindən ayrılmış subsidiya hesabına alınan xammal və materialların təyinatı üzrə istifadəsi;

2.2.9. kapital qoyuluşu çərçivəsində həyata keçirilən layihələrin ekspertizadan keçirilməsinin vəziyyəti;

2.2.10. yanacaq-sürtkü materiallarının və kommunal xidmət-lərin təsdiq olunmuş normalara uyğunluğu və onlardan istifadənin səmərəliliyi;

2.2.11. təmir xərclərinin təmir aparılan obyektlər üzrə icrası;

2.2.12. iş və xidmətlərin satınalmasının vəziyyəti;

2.2.13. əmək ehtiyatlarından istifadənin vəziyyəti;

2.2.14. sosial xərclərin təyinatı üzrə icrası;

2.2.15. xeyriyyəçilik məqsədi ilə aparılan ödənişlərin təyinatı üzrə icrası;

2.2.16. kapital və maliyyə qoyuluşlarının səmərəliliyi;

2.2.17. xarici-iqtisadi fəaliyyətin vəziyyəti;

2.2.18. debitor və kreditor borclarının dinamikası;

2.2.19. fondların yaradılması və istifadəsi;

2.2.20. digər xərclərin icrası.

3. Monitorinqin nəticələri

3.1. İri dövlət şirkətlərində aparılan gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin nəticələri hesabatla rəsmiləşdirilir. Hesabat monitorinqin aparılmasını həyata keçirmiş işçi qrupunun rəhbəri və üzvləri, habelə iri dövlət şirkətinin rəhbəri tərəfindən imzalanır.

3.2. Komissiyanın Katibliyi monitorinq başa çatdıqdan sonra 30 (otuz) gün müddətində onun nəticələri barədə Komissiyaya məlumat təqdim edir.

 

________________

         №-li nüsxə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında