Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 530 

 

Bakı şəhəri, 30 dekabr 2016-cı il

“Kommersiya təşkilatlarının (kredit   təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət  (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında  dövriyyədə  olan  hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 315-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 2384 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 544; 2010, № 4, maddə 362) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “investisiya fondlarından” sözlərindən sonra “və bu fondların idarəçilərindən” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün Meyar Göstəriciləri”nin adına “investisiya fondlarından” sözlərindən sonra “və bu fondların idarəçilərindən” sözləri əlavə edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında