Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 519

Bakı şəhəri, 19 dekabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti  və maliyyə təminatı Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 201, № 12, maddə 1079; 2012, № 10, maddə 1029) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissənin dördüncü abzasından “attestasiyası və ya onun” sözləri çıxarılsın.

2. 6-cı hissənin üçüncü abzasının ikinci cümləsində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (bundan sonra - Komissiya)” sözləri “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra - Mərkəz)” sözləri ilə əvəz edilsin.

3. 6-cı hissənin üçüncü abzasının üçüncü cümləsində, həmin hissənin dördüncü abzasında, 9.2-ci bənddə, 9.3-cü bəndin ikinci cümləsində, 19-cu və 23-cü hissələrdə ismin müvafiq hallarında “Komissiya” sözü ismin müvafiq hallarında “Mərkəz” sözü ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında