Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 504                

 Bakı şəhəri, 16 dekabr 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının  dəmir  yolu  müəssisələrində  işçilərin  İntizam Nizamnaməsi”ndə dəyişikliklər  edilməsi barədə

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 574; 2013, № 5, maddə 572; 2016, № 2, II kitab, maddə 356; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 noyabr tarixli 442 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 4.24-cü bənddə “inzibati tənbeh” sözləri “intizam tənbehi” sözləri ilə əvəz edilsin.

2. 4.25-ci bənddə “İnzibati tənbehin” sözləri “İntizam tənbehinin” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında