Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 490                                                                                                                                             Bakı şəhəri, 30 noyabr 2016-cı il

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli  qərarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 827 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 67, № 10, maddə 1321; 2016, № 3, maddə 584, № 8, maddə 1428) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:

1.1. 1.4-cü, 4.8-ci, 8.5-ci, 8.6-cı, 11.1-ci, 11.2-ci bəndlərdə, 3.2.8-ci, 3.2.27-ci, 6.5.11-ci, 6.5.12-ci, 6.5.15-ci, 6.5.16-cı (hər iki halda), 7.1.8-ci, 7.1.9-cu, 7.1.16-cı, 7.1.19-cu, 7.1.20-ci, 9.3.1-ci, 11.2.2-ci, 11.2.3-cü, 11.2.4-cü, 11.2.5-ci, 11.2.6-cı yarımbəndlərdə və 11-ci hissənin adında ismin müvafiq hallarında “törəmə müəssisələri” sözləri ismin müvafiq hallarında “törəmə hüquqi şəxsləri” sözləri ilə əvəz edilsin;

1.2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması və ləğvi, törəmə hüquqi şəxslərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir.”;

1.3. aşağıdakı məzmunda 3.2.6-1-ci yarımbənd əlavə edilsin:

“3.2.6-1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 827 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətlərinin həyata keçirilməsi;”;

1.4. 3.2.9-cu yarımbəndə “cihazlarının” sözündən sonra “idxalı, habelə” sözləri əlavə edilsin;

1.5. aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:

“3.3. Cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.”;

1.6. aşağıdakı məzmunda 6.4-1-ci bənd əlavə edilsin:

“6.4-1. Cəmiyyətin sədrinin müavinləri, eyni zamanda Cəmiyyətin müvafiq idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin (daxili audit istisna olmaqla) rəhbəri vəzifəsini tuta bilərlər.”;

1.7. 6.5.15-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 827 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin;

 1.8. 6.5.17-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.5.17. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 827 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması və ləğvi, törəmə hüquqi şəxslərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərarlar qəbul edir.”;

1.9. 11.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cəmiyyətin idarə, filial və nümayəndəlikləri, habelə törəmə hüquqi şəxsləri Cəmiyyətin Nizamnaməsinə əməl etməli, öz fəaliyyəti barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən təsdiq edilmiş iş proqramlarının, gəlir və xərclər smetasının icrasını təmin etməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyətin qarşısında duran vəzifələrin həllində iştirak etməli, onlara həvalə edilmiş digər vəzifələri yerinə yetirməlidirlər.”;

1.10. 11.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“11.2.1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 827 nömrəli Fərmanına uyğun olaraq, Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək, o cümlədən həmin əmlakı balansdan balansa, icarəyə və istifadəyə vermək, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoymaq, qiymətləndirmək, təyinatını dəyişdirmək;”;

1.11. 11.2.2-ci yarımbəndə “formalaşdırmaq” sözündən sonra “və törəmə hüquqi şəxslərinə münasibətdə ümumi yığıncağa aid digər səlahiyyətləri həyata keçirmək” sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin strukturu” üzrə:

2.1. “II. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisələri” bölməsi üzrə:

2.1.1. adında “törəmə müəssisələri” sözləri “törəmə hüquqi şəxsləri” sözləri ilə əvəz edilsin;

2.1.2. 2-ci hissə ləğv edilsin;

2.1.3. 3-cü hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4-cü, 5-ci və 6-cı hissələr əlavə edilsin:

“4. “ACSC logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti;

5. “Dənizçi” mənzil-tikinti kooperativi;

6. Xarici törəmə hüquqi şəxslər və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin iştirakçı olduğu birgə müəssisələr.”;

2.2. “III. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr)” bölməsinin 6-cı hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-ci və 8-ci hissələr əlavə edilsin:

“7. “Zığ” Quru Yük Limanı;

8. “İnflot” Dəniz Agentliyi.”;

2.3. “IV. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin ayrıca bölmələri (filial və nümayəndəlikləri)” bölməsinin sonunda iki nöqtə işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin bölmənin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı hissələri ləğv edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında