Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 482 

Bakı şəhəri, 24 noyabr 2016-cı il

Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən  edilməsi barədə

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. İstehsalına icazə tətbiq olunan elektrik enerjisinin gücü aşağıdakı hədlərdə müəyyən edilsin:

1.1. alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsal edən elektrik stansiyaları üzrə - 150 kilovatdan yuxarı.

1.2. su elektrik stansiyaları və bioloji kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyaları üzrə - 500 kilovatdan yuxarı.

2. İstismarına buraxılış aktı verilən elektrik qurğularının gücü 150 kilovatdan yuxarı  həddə müəyyən edilsin.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında