Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 473            

              Bakı şəhəri, 22 noyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 157 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 819 nömrəli Fərmanının 1.2-ci və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 1874 nömrəli Sərəncamının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 157 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 874) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bənd ləğv edilsin.

2. 3.1-ci bənddən “Mərkəzi Bankdan aldığı” sözləri çıxarılsın.

3. 3.11-ci və 3.15-ci bəndlərdə “Mərkəzi Bankın” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri ilə əvəz edilsin.

4. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Bankların qiymətli metallarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir.”.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında