Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 469                   

                                 Bakı şəhəri, 21 noyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17  aprel   tarixli  112  nömrəli  qərarı  ilə  təsdiq   edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna  daxil  olmayan  tabeliyindəki  qurumların Siyahısı”nda dəyişiklik  edilməsi haqqında

 “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 2357 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 112 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 479, № 12, maddə 1572; 2016, № 6, maddə 1224, № 9, maddə 1569) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
“II. Təsərrüfathesablı təşkilatlar” bölməsinin 30-cu hissəsi ləğv edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında