Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 460                 

     Bakı şəhəri, 16 noyabr 2016-cı il

 

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 945 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 
QƏRARA  ALIR:

“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 54; 2009, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların  və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları” üzrə:

1.1. 14-cü hissənin ikinci və beşinci abzaslarında ismin müvafiq hallarında “laboratoriya ekspertizası” sözləri ismin müvafiq hallarında “ekspertiza” sözü ilə əvəz edilsin;

1.2. 26-cı hissədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Yüksək toksiki-ekoloji təhlükəli preparatların  siyahısı və tətbiqi Qaydaları” üzrə:

2.1. 3.1-ci bənddə “aparıla bilər” sözləri “aparılır” sözü ilə əvəz edilsin;

2.2. 3.9-cu bəndin birinci cümləsindən “lazım olan” sözləri çıxarılsın;

2.3. 3.18-ci bəndin yeddinci abzasında “aidiyyəti orqanlara” sözləri “inzibati və məhkəmə qaydasında” sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları”nın 2-ci hissəsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin.

4. Həmin qərarla təsdiq edilmiş “Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması Qaydaları” üzrə:

4.1. 11.14-cü bənddən “lazımi” sözü çıxarılsın;

4.2. 20-ci hissənin yeddinci abzasında “aidiyyəti orqanlara” sözləri “inzibati və məhkəmə qaydasında” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə,
Azərbaycan Respublikasının
Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında