Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 425

Bakı şəhəri, 28 oktyabr 2016-cı il

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1012; 2015, № 5, maddə 643) ilə təsdiq edilmiş “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə “fəaliyyəti üçün lisenziya almış” sözləri “fəaliyyətini həyata keçirən” sözləri ilə əvəz edilsin.

2. 3-cü hissənin mətni aşağıdakı redaksiyada verilsin:

“Gömrük brokeri yenidən təşkil edildikdə, adı və ya hüquqi ünvanı dəyişdikdə, dövlət reyestrində müvafiq dəyişikliklər edilir.”.

3. 4.1-ci və 4.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.1. Gömrük brokerinin fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətinə xitam verildikdə, gömrük brokeri dövlət reyestrindən çıxarılır.

4.2. Fəaliyyəti dayandırılmış gömrük brokerinin fəaliyyəti yenidən bərpa edildikdə, gömrük brokeri yenidən dövlət reyestrinə daxil edilir.”.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında