Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 327

Bakı şəhəri, 24 iyul

 2018-ci il

 

“Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə

 

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsində nəzərdə tutulan məişət abonentləri istisna olmaqla, məişət abonentlərinin tələb olunan gücü 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş məbləğlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

 

2.1. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 3 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsində “kənd təsərrüfatı təyinatlı obyektlər üçün” müəyyən edilmiş “3 fazlı” qoşulma haqqının məbləğində;

2.2. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-dan 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsində “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün” müəyyən edilmiş “3 fazlı” qoşulma haqqının məbləğində.

3. Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği bu qərarın 1-ci və 2-ci hissələrində müəyyən edilmiş müvafiq qoşulma haqqı məbləğlərinə    1,5 əmsalı tətbiq olunmaqla müəyyən edilir. 

 

 

 

Azərbaycan Respublikasının

                       Baş naziri  Novruz Məmmədov

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 24 iyul

tarixli 327 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği

 

 

Sıra      №-si

Güc (kVt)

Qoşulma haqqının məbləği (ƏDV ilə) (manatla)

1.

5 kVt-a qədər

(5 kVt da daxil olmaqla)

160

2.

5 kVt-dan 10 kVt-dək

(10 kVt da daxil olmaqla)

160 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 40

3.

10 kVt-dan 15 kVt-dək

(15 kVt da daxil  olmaqla)

360 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 60,6

4.

15 kVt-dan 20 kVt-dək

(20 kVt da daxil  olmaqla)

663 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 94,8

 

Qeyd. Bu əlavədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında