Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 255          Bakı şəhəri, 7 iyun 2018-ci il
 
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında
“Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 4 nömrəli Sərəncamının 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının 
Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

SİYAHISI

  1. Təhsil müəssisələri:
    1. Azərbaycan Turizm və Menecment Universiteti;
    2. Bakı Turizm Peşə Məktəbi;
    3. Mingəçevir Turizm Kolleci.
  1. Dövlət qoruqları:
    1. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
    2. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
    3. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
    4. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;
    5. “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
    6. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);
    7. “Kiş” Tarix-Memarlıq Qoruğu.
  1. Turizm İnformasiya mərkəzləri:
    1. Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);
    2. Şamaxı Turizm İnformasiya Mərkəzi;
    3. Xaçmaz Turizm İnformasiya Mərkəzi;
    4. Quba Turizm İnformasiya Mərkəzi;
    5. Lənkəran Turizm İnformasiya Mərkəzi;
    6. Gəncə Turizm İnformasiya Mərkəzi;
    7. Şəki Turizm İnformasiya Mərkəzi;
    8. Zaqatala Turizm İnformasiya Mərkəzi;
    9. Qəbələ Turizm İnformasiya Mərkəzi;
    10. İsmayıllı Turizm İnformasiya Mərkəzi;
    11. Bərdə Turizm İnformasiya Mərkəzi.
  1. Təsərrüfathesablı qurumlar:
    1.  “Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;
    2.  “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;
    3.  “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.
  1. Digər qurumlar:
    1.  Milli Kulinariya Mərkəzi.

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında