Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 245 

Bakı şəhəri, 25 may 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1852 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2012, № 3, maddə 255; 2017, № 10, maddə 1912) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”nin 37-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Özəl və bələdiyyə məktəbəqədər xüsusi təhsil müəssisəsinin nizamnaməsi təsisçi tərəfindən, dövlət məktəbəqədər xüsusi təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında