Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 198 

  Bakı şəhəri, 2 may 2018-ci il

“Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin, habelə “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin, habelə “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 318; 2016, № 5, maddə 944) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından “, habelə “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsinin” sözləri çıxarılsın;

1.2. 3-1-ci hissə ləğv edilsin.

2. Bu qərar 2018-ci il mayın 15-dən qüvvəyə minir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında