Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 195                                                                                                                        Bakı şəhəri, 1 may 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 950-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 3613 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145; 2016, № 4, maddə 812) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5.15.5-ci yarımbənddə “taksi minik avtomobillərin” sözləri “taksi minik avtomobillərinin duracaq yerlərinin” sözləri ilə əvəz edilsin.

2. Əsasnaməyə 4 nömrəli əlavə - “Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının müəyyən edilməsi Meyarları”nın 9-cu hissəsində “dayanacaqları” sözü “duracaq yerləri” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında