Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 183 

Bakı şəhəri, 30 aprel 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli  112  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 3596 nömrəli Sərəncamının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 112 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 479, № 12, maddə 1572; 2016, № 6, maddə 1224, № 9, maddə 1569, № 11, maddə 1957; 2017, № 7, maddə 1496) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin 98-110-cu hissələri ləğv edilsin.

Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında