Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 128                                         Bakı şəhəri, 4 aprel 2018-ci il

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890; 2015, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, №9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin inzibati təsnifatı”nın “Baş kredit sərəncamçıları” sütununda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 381 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1699; 2017, № 12 (II kitab), maddə 2500) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında və ikinci abzasda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;

2.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası” üzrə:

2.2.1. adında və 2.1.4-cü yarımbənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.1-ci və 5.1-ci bəndlərdə “Azərbaycan İpoteka Fondu” ASC-nin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;

2.2.3. 2.1.2-ci yarımbənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin;

2.2.4. 5.1-ci bənddə “Cəmiyyət” sözü “Fond” sözü ilə əvəz edilsin;

2.2.5. 5.2-ci bənddə “Azərbaycan İpoteka Fondu” ASC” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında