Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 108 

Bakı şəhəri, 19 mart 2018-ci il

“Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 mart tarixli 3742 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2158) ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları”nın cədvəli aşağıdakı redaksiyada verilsin:

Sıra №-si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı
(manatla)

1

2

3

1.

İcraçı direktor

1265

2.

İcraçı direktorun müavini

985

3.

Şöbə müdiri, baş mühasib

649

4.

Baş məsləhətçi

451

1

2

3

5.

Aparıcı məsləhətçi

429

6.

Məsləhətçi

418

7.

Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis

220

8.

Sürücü

242

9.

Xadimə

171

 

2. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında